BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
18230

Keçmiş deputat Xanhüseyn Kazımlının adının hallandığı 56 min manatlıq dələduzluq olayının yeni təfərrüatları məlum olub. 

Xanhüseyn Kazımlı sahibkar Elşən Ələkbərovun təsis etdiyi "Balaca Günəş" MMC-ni ələ keçirdikdən sonra bu şirkət vasitəsilə müxtəlif sövdələşmələr həyata keçirib və külli miqdarda vergidən yayınıb. Məlumat üçün deyək ki, "Balaca Günəş" MMC qum, çınqıl və gips istehsalı ilə məşğuldur. 

Elşən Ələkbərovun sözlərinə görə, "Balaca Günəş" MMC-nin istifadəsində olan Keçiqaya gips yatağından ən azı 300 min ton gips çıxarılıb:

"Bu torpağın təyinatı dəyişdirilmişdi. Bunu edən isə "Norm" şirkəti idi. Şirkət həmin ərazidən daş karxanası kimi istifadə etmək istəyirdi. Lakin keyfiyyət onları qane etmədiyindən əraziyə olan iddialarından çəkildilər.

Nəzərinizə çatdırım ki, dağ-mədən işlərində mədən vergisi tutulur. Xanhüseyn Kazımlı bizimlə ortaq olandan sonra dedi ki, ərazini özümüz istismar edəcəyik. MMC-ni tam ələ keçirdikdən sonra orada partlayış işləri apardılar. Minimum 300 min ton gips daşı çıxarıblar. Ərazi istismar olunan dövrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən onlara hər hansı irad bildirilməyib. Bunlar qazma işləri apardıqları yeri sonradan torpaqla bağlayıb belə görüntü yaradıblar ki, guya burada heç nə yoxdur".

Elşən Ələkbərov bildirib ki, ərazidən çıxarılan gips "Norm" və başqa şirkətlərə satılıb:

"Bu şirkətlərlə müqavilələr necə bağlanıb, bilmirəm. Çünki şirkətin alqı-satqısı tam baş tutmadığına görə möhür məndədir. Hətta "Texnikabank"da "Norm" şrkətinin "Balaca Günəş" MMC-yə ödədiyi məbləğ qeydə alınıb. Alqı-satqı əməliyyatlarında "Balaca Günəş" MMC-nin adı keçsə də, bu qanunsuzdur. Çünki şirkətin direktoru mənəm, möhür məndədir. Onlar necə müqavilə bağlaya bilərlər? Təsəvvür edin, bu əməliyyatlardan nə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, nə Vergilər Nazirliyinin, nə də direktorun xəbəri var. Hesablardan pul necə çıxarılıb bəlli deyil".

Elşən Ələkbərov deyib ki, Xanhüseyn Kazımlı Keçiqaya gips mədənindən ən azı 500 min manat gəlir əldə edib. Amma bunun vergisi verilməyib.

Məsələ ilə bağlı Xanhüseyn Kazımlı ilə əlaqə saxlamağa çalışsaq da, suallarımıza cavab ala bilmədik. Keçmiş deputat sualı dinləyib, "2 saat sonra cavab verərəm" - desə də, telefonu söndürdü. 


 
Belə olan halda, keçmiş deputatın qızı, Xanhüseyn Kazımlının təsis etdiyi Sosial Rifah Partiyasının sədri Əsli Kazımovaya müraciət etmək məcburiyyətində qaldıq. Əsli Kazımova da sonradan əlaqə saxlayacağını bildirdi. Növbəti zəngdən sonra isə mətbuat katibinin bizimlə əlaqə saxlayacağını dedi. Lakin Əsli xanımın mətbuat katibi ilə danışmaq mümkün olmadı.

Xatırladaq ki, Elşən Ələkbərov "Balaca Günəş" MMC-ni təsis etdikdən sonra Xanhüseyn Kazımlı şirkətə ortaq olub. Daha sonra isə o, MMC-ni Elşən Ələkbərovdan satın almaq istədiyini bildirib. Tərəflər 180 min manata razılaşıblar. Xanhüseyn Kazımlı pulun müəyyən hissəsini ödəyib və Elşən Ələkbərova 56 min manat borclu qalıb.

Sahibkar uzun illərdir pulunu tələb etsə də, keçmiş deputat borcunu ödəmək istəmir. Yeri gəlmişkən, alqı-satqı müqaviləsi Xanhüseyn Kazımlı deputat olduğu üçün oğlu Samir Kazımlı ilə bağlanıb və Elşən Ələkbərov Samir Kazımlını da bütün məhkəmə instansiyalarında məğlub edib.

Mənbə: Qaynarinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin