BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
18170

Azərbaycanın kənd təsərrüfatı sektorunda subsidiyalarının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısı təsdiqlənib.

Bu barədə Valyuta.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. 

Fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, qarşıdakı mövsümdə sözügedən tələb 7 bitkiyə aid olacaq. Bunlar - arpa, buğda, çəltik, qarğıdalı, fındıq, çay və limondur. Sığortalanacaq məhsulların siyahısı hər il Aqrar Subsidiya Şurası tərəfindən müəyyən ediləcək. Adı çəkilən bitki növlərinin 10 hektardan artıq əkin sahəsi üçün subsidiyalar aqrar sığorta müqaviləsi imzalanmaqla ayrılacaq. 

Qeyd edək ki, sözügedən bitkilər ölkənin ərzaq təhlükəsizliyi və qida ilə təminatı, o cümlədən heyvandarlığın inkişafı və ixrac imkanları üçün mühüm rola malikdir. 

Eləcə də bu bitkilərin becərilməsi ilə minlərlə fermer, sahibkar, yüz minlərlə bölgə əhalisi məşğul olur. Həmin sahələrin sığortalanması ölkənin ərzaq təhlükəsizliyi ilə yanaşı, bu sahədə təhlükəsiz biznes mühiti yaradacaq, fermerlərin gəlirlərini və qazancını qoruyacaq, eləcə də bölgə əhalisinin davamlı məşğulluğuna dəstək verəcək.

Xatırladaq ki, yeni tələb ölkə üzrə təsərrüfatların sayca cüzi hissəsini əhatə edir. Ölkə üzrə orta rəqəmləri əsas götürsək, bir hektar taxıl sahəsinin sığorta haqqı regionlar üzrə əsasən 8-12 manat arasında dəyişir ki, bu da dövlət tərəfindən fermerlərə ödənilən əkin subsidiyasının cüzi hissəsini təşkil edir və fermerlər üçün əlavə ciddi maliyyə öhdəliyi yaratmayacaq.

Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini əsas risklərdən – təbii fəlakət, fırtına, qasırğa, dolu, yanğın və üçüncü şəxslərin hərəkətlərindən qoruyur. Əlavə ödəniş müqabilində əkin sahələrini bitki xəstəlikləri və ziyanvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin vurduğu zərərdən də sığortalamaq mümkündür. 

Aqrar sığorta qaydalarına əsasən, əkin sahələrinin sığortası üzrə hesablanmış sığorta haqqının 50%-ni fermerlərə dəstək məqsədilə dövlət ödəyir. Qısa müddətdə ölkənin əksər rayonunda aqrar sığorta geniş tətbiq edilir. Artıq sığorta hadisələri üzrə ödənişlərin verilməsinə də başlanılıb.

Fermerlər əkin sahələrini sığortalamaq üçün əkinlərin bəyanından əvvəl birbaşa olaraq Aqrar Sığorta Fonduna, aqrar sığorta sisteminə daxil olan sığorta şirkətlərinin yerli ofislərinə müraciət edə və ya 1651 nömrəsinə zəng edə bilərlər.

Ömər Vəzirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin