BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8297
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1326
18158

Azərbaycanda qlobal istiləşməyə qarşı mühüm işlər görülür.

Bunu ekoloq Fikrət Cəfərov deyib.

O bildirib ki, bu gün ekologiyaya təsirlər əsasən enerji sektorundadır və enerjinin yaşıllaşdırılması istiqamətində mühüm işlər aparılır: 

"Bildiyiniz kimi, qlobal iqlim dəyişikliyinə səbəb olan əsas amillərdən biri istixana qazlarının havaya buraxılmasıdır. Ölkədə bütün energetika müəssisələri təbii qazla təmin olunub və bundan istifadə olunur. Bu da keçmişdə istifadə olunan yanacaqdan fərqli olaraq havaya buraxılan zərərli qazların miqdarının 15-20 dəfəyə yaxın azaldılması deməkdir.

Digər tərəfdən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeni strategiya qəbul edib. Bu strategiyanı 20-20-20 adlandırmaq olar. İlk 20 faiz atmosferə atılan qazların miqdarının azaldılması, o biri 20 faiz bərpa olunan enerji mənbələrindən istifadə olunmasıdır. Bu gün quruda və dənizdə günəş panellərindən və külək enerjisindən istifadənin miqyası genişləndirilir. Qeyd etdiyimiz digər 20 faiz isə metan qazların emalıdır. Neft çıxarılması zamanı aşağı təzyiqli qazlar meydana gəlir. Onları emal və istifadə etmək çox təhlükəlidir. Bu səbəbdən çox zaman onu yandırırdılar.

Bu gün SOCAR-ın proqramında həmin qazların yığılması, tənzimlənməsi və istifadəsi nəzərdə tutulub. Beləliklə, həmin qazlar artıq birbaşa atmosferə buraxılmayacaq. Hesab edirəm ki, bu mənada Azərbaycanın iqlim dəyişikliyinə qarşı fəaliyyətini müsbət qiymətləndirmək olar".

Ekspert iqlim dəyişikliyinə səbəb olan digər amilin isə nəqliyyatın karbon emissiyası ilə bağlı olduğunu deyib və bu istiqamətdə də ölkədə müsbət işlər görüldüyünü diqqətə çatdırıb: 

"Birinci növbədə, Avropa standartlarına keçid edilib. Yanacaq sistemində dəyişiklik olunub. Bu gün elektrikli avtomobillərdən istifadə dövlətin əsas siyasətinin tərkib hissəsidir. Müxtəlif güzəştlər, rüsumların azaldılması ölkəyə hibrid avtomobil və elektromobillərin gətirilməsini asanlaşdırıb. Bunun sayəsində nəqliyyatdan havaya buraxılan zərərli qazların miqdarı xeyli dərəcədə azalıb və ölkədə hibrid və elektrikli avtomobillərin sayı kifayət qədər artıb".

Qeyd edək ki, son illərdə yanğınların artması və yaşanan quraqlıq qlobal iqlim dəyişikliklərinin göstəricisi hesab edilir. Son bir neçə ildə qlobal temperatur 1,1 °C artıb. Bununla əlaqədar imzalanan Paris Sazişinə əsasən, ölkələr mitiqasiya cəhdləri ilə istiləşməni "2.0 °C-dən aşağıda" saxlamaq haqqında razılığa gəliblər. 

Lakin vədlərə baxmayaraq, hazırkı siyasətə əsasən, əsrin sonuna kimi qlobal istiləşmənin təxminən 3,0 °C-ə çatacağı gözlənilir. İstiləşmənin 1,5 °C-ə qədər məhdudlaşdırılması planı isə yalnız 2030-cu ilə qədər emissiyaların yarıya, 2050-ci ilə qədər isə sıfıra endirildiyi halda baş tuta bilər.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sıradan çıxan gəmi üzündən Boğaziçində nəqliyyatın hərəkəti dayandırıldı

Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edildi

İşləmək üçün ən çox üz tutulan ölkələr – TOP 7

Bakı metrosunda QR biletdən istifadə edənlərin sayı 45%-ə yaxın artıb

Azərbaycanda “Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanır

Şahin Bağırovdan yeni təyinat

Şahin Bağırovdan yeni təyinat

Azərbaycan ilə Gürcüstan arasında ticarət döviyyəsi 100 milyona yaxın azalıb

Mayın 5-də keçirilən buraxılış imtahanının doğru cavab etalonları açıqlanıb

Qubada hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit verilib

Müharibə veteranları hansı vergilərdən azaddır?

Kapital Bank-ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib ®

Yol polisi hava şəraiti ilə bağlı müraciət edib

Diplomu tanınmayan şəxsləri işə götürürlər?

Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB

Müştəri məmnuniyyəti niyə vacibdir?

“Azəri Star Mikromaliyyə” növbəti dəfə zərər edib, yığılmış zərəri 700 min manata yaxınlaşıb

Bu şadlıq evi 2 milyona satıldı: Sökülür (FOTO)

Bu şadlıq evi 2 milyona satıldı: Sökülür (FOTO)

Şirkətlər niyə təcrübəli marketoloqlar axtarır?

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Üç ayda yarım milyardlıq nəqliyyat vasitələri və onların hissələrini almışıq – Nə qədər azalıb?

Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı

Rusiyanın dərman şirkəti Azərbaycandan gedir

Kiçikdən başlamağın faydaları

Qeydiyyat üçün son gün - 82 min nəfər tələbə olmaq istəyir

Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Avro və lirə bahalaşdı - Məzənnə

“Telegram”da fişinq mənbələrinin sayı artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin