BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
18066

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının atası Baba Bayramlı oğlunun rəhbərlik etdiyi qurumdan istefa verməsi ilə bağlı Qaynarinfo-ya müsahibə verib. 

Valyuta.az həmin müsahibəni təqdim edirik.

- Baba bəy, oğlunuzun istefa verməsi ilə bağlı nə deyə bilərsiz?

- Biz ata-oğul olsaq da, Raminin şəxsi işinə qarışmıram. Özü-özünə bunu məsləhət bilib. Nəticədə öz istəyi ilə ərizəsini yazıb və işdən çıxıb. Heç nəyə də ehtiyac yoxdur. Şükür Allaha, oğlum qabiliyyətli oğlandır, inşallah özünə bir iş də tapar.
 
- İstefa verməsi ilə bağlı Ramin bəylə bir ata kimi danışmısınızmı?

- Səhər gedib, axşam gəlirdi. Nə ailə görürdü, nə də uşaq. Həm yazılanlar da ona təsir etdi. Evi-eşiyi qalmışdı kənarda, səhərdən axşama kimi işinin başında olurdu. Qədir bilirlər ki..?! Söhbət eləmişəm. Nəyə görə istefa verdiyini soruşdum. Cavabında, "Ay ata, vallah nə deyim. Gördüm həqiqətən ətrafda narazılıqlar çoxdur. Buna görə istefa verdim ki, yuxarıdan bunu görsünlər. Mən bu vəzifəyə layiqəm, ya yox. Sonra ləkənənməmiş bu istefanı qərarlaşdırdım. Qoy ləkəsiz işdən çıxım”, - deyə bildirdi.

- Oğlunuz sizinlə qalır?

- Mən bir ata olaraq hər zaman öz zəhmətimlə yaşamışam. Atam da müəllim olub. Uşaqlıqdan arı təsərrüfatı ilə məşğul olmuşam. Ailəmi də zəhmətə alışdırmışam. Halal zəhmətimlə təhsil almışam. Bu oğlum Raminə də aiddir. Oğlum Tibb Universitetinin yataqxanasında qala-qala müəllim təyin olunmuşdu. Elə yataqxanada da tələbələrinə dərs deyirdi. Ata kimi onun şəraitindən hər zaman narahat olurdum. Qərbi Azərbaycanın (İndiki Ermənistan) Göyçə mahalında, keçmiş Çəmbərək rayonunun Toxluca kəndindən Şəmkirə məcburən qaçqın kimi gəlib, yaşamışdıq. Oğluma görə Şəmkirdən Bakıya köçdüm. Burda bir il kirayədə qaldıq. Sonra zəhmətimizlə bir ev aldıq. Ramin mənimlə bir həyətdə yaşayır. 

- Ramin bəyin fəaliyəti ilə bağlı bir sıra tənqidlər səsləndirilirdi. Siz bir vətəndaş olaraq onun işini necə qiymətləndirirdiz? 

- İş olan yerdə yəqin ki, tənqid olacaqdı. Amma haqsız tənqidlər də çoxdur. Raminin səhvi varsa, ondan nəticə çıxarsın. Amma ümumi şəkildə desəm, bir ata kimi hər zaman Raminə uğurlar arzulamışam. Elin gözü tərəzidir. Əgər haqlı tənqiddisə, bu ayrı məsələdir. Gəlib, Raminin təzə tikdiyi evlə bağlı çəkiliş ediblər. Hardasa 10 il bundan əvvəl oğlum öz zəhmət ilə 4 sot torpaq almışdı. İndi istəyirdik ki, özünə yurd yeri düzəltsin. Çünki, Ramin hələ də mənim həyətimdə yaşayır. Yaşadığı mənzili də vaxtı ilə öz zəhmətimlə düzəltmişdim. İndi də deyirdik ki, artıq özünə ayrı bir şərait düzəldib, yaşasın. 

- Yəqin ki, siz Ramin bəyin mətbuatda yayılan villasından danışırsınız?

- Bəli. Sonra da gördük mediada Raminin villası ilə bağlı xəbərlər dərc edilir. Bu məsələdə haqsız yerə onun adını hallandırırlar. Gəlib, bu adamın doğurdan da nəyi var, nəyi olmadığını görsünlər. Zərrə qədər bir şey göstərsinlər ki, bu adam dövlət işində rüşvətlə hər hansı bir iş görüb. Əstəğfürullah! İnanın ki, belə bir hal ola bilməz. Özümdə olmayıb, onda da ola bilməz. Mən ailəmi müəllimliklə bərabər, həmçinin arıçılıqla da saxlamışam. İndi də arıçılıq təsərrüfatı ilə məşğulam. Buyurun, gəlin, sizi bal qonaqlığına dəvət edirəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin