BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1054
  • TRY
    0.044
  • GBP
    2.2665
17956

Eks deputat, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin 4 milyon manat vergi borcu var və Vergilər Nazirliyi həmin borcun ödənməsi üçün hərəkətə keçib.

İ.Əliyevin nəzarətində olan biznesə daxil olan obyektlər büdcəyə vergi verməyiblər. Ötən ildən başlayaraq Vergilər Nazirliyinin əməkdaşları İlham Əliyevin çoxsaylı biznes obyektlərində araşdırmalara başlayıb. İlkin olaraq, 4 milyon manat verginin büdcədən yayındırıldığı üzə çıxıb. Bu rəqəmin 10 dəfə arta biləcəyi ehtimalı da var. Verilən məlumata görə, İlham Əliyev təyin olunan cəriməni ödəmək üçün 1 ay vaxt istəyib.

Eyni zamanda gələn məlumatda deyilir ki, o, nəzarətində olan varidatı tələm-tələsik “özgəninkiləşdirməyə” çalışır. Ölkənin dörd bir tərəfinə səpələnmiş malikanə və villaları da dəyər-dəyməzinə sataraq pulları xaricə çıxarmağa çalışır.

Həmin əmlaklardan biri də Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşir. Rüfət & Aynur agentliyi üzərindən satışan çıxarılan 600 kvadrat metrlik villaya görə İlham Əliyev 1 milyon 300 min manat pul istəyir. Elanda bildirilir ki, villa Şüvəlan qəsəbəsində prestijli yerdə yerləşir, yola yaxındır və 33 sot ərazisi var. 

Qeyd olunur ki, villa inşa ediləndən sonra orada kimsə yaşamayıb. 600 kvadrat metrlik villada 1 qonaq, 4 yataq otağı, 5 sanitar qovşaq, yardımçı otaq var. Villanın tavanının hündürlüyü 4 m, otaq qapılarının hündürlüyü 2 metr 6 santimetrdir. Villa kombi sistemi vasitəsilə qızdırılır, mətbəxdən besedkaya çıxış var. Manqal, fəvvarə, çoxlu sayda bar verən ağaclar, 3 qaraj, mühafizəçi üçün ev, camaşırxana və s. Qaz, içməli su xətti, işıq, çıxarış (kupca) da var.

Qeyd olunur ki, İlham Əliyevə bu villanı bir neçə il əvvəl məmurlardan biri bağışlayıb. Həmin məmur icra başçısı təyin olunandan sonra İlham Əliyevi villaya qonaq çağırıb və orada açarları ona təqdim edib. Villa 1 milyon 300 min manata satışa çıxarılandan sonra məmurlardan birinin mühafizə xidmətində çalışan İslam Hüseynov müştəri düşüb. Villanı çox bəyənən müştəri 130 min manat beh də verərək tezliklə alacağını bildirib. Lakin sonradan villanın kimə məxsus olduğunu öyrənib və almaqdan imtina edib.

İlham Əliyev Zirə qəsəbəsi ərazisində hektarlarla torpaq sahələrinə də sahibdir və həmin torpaqları da satışa çıxarıb. Qaynağımız deyib ki, İlham Əliyev çaşqın durumdadır və sanki nə etdiyini bilməyən biri təəssüratını bağışlayır.

İlham Əliyevin biznes imperiyası haqda məlumatlara gəldikdə isə bu haqda kifayət qədər məlumatlar var. Bilinir ki, İlham Əliyevin biznesi qayınatası Ramiz Mehdiyevin böyük biznesinə daxildir. Bura tikinti kooperativləri - Topaz MTK və Qala-R.L MTK, MMC-lər - NLT MMC və Premium Store MMC yerləşir. Mehdiyev ailəsinə həm də NLT MTK, Servis MTK, Grand Palace MTK, Astoriya MTK, Astoriya Tibb Mərkəzi MMC və “Qrandezza”, hazırda “German Hospital” adı altında fəaliyyət göstərən Astoriya Tibb Mərkəzi və bu qəbildən olan xeyli obyektlər daxildir.

“Gandezza” ticarət mərkəzi Bakıda, “Torqovı” adlanan ərazidəki 4 mərtətəbəli binada yerləşir. 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5 min kvadratmetrdən çox sahəsi var. “Servis” Mənzil-Tikinti Kooperativi ilə eyni hüquqi ünvanda, yəni Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani, 22 nömrəli evdə Transmit Ltd MMC də qeydiyyata alınıb. 

Bu şirkətin dörd təsisçisi arasında Kamilə Ramiz qızı Əliyeva da var. Digər payçılar Aidə Ağaqulu qızı Ağayeva, Əlirza Atamoğlan oğlu Haqverdiyev və Adil Güloğlan oğlu Aldostovdur. Premium Store MMC-nin birinci direktoru Səftər - Fikrət Əliyevin oğlu olub.

Fikrət Əliyev İlham Əliyevin qardaşıdır. Fikrət Əliyevin iki oğlu var: Orxan və Səftər. Onlar da biznesmendir. Səftər Əliyev - Topaz MTK-nın, Orxan Əliyev NLT MTK-nın sədridir. Rəsmi məlumatlara görə, Orxan Əliyev Dry İce Tech MMC-nin təsisçisi, Səftər Əliyev isə E & S MMC və Aqua Safe MMC-nin həmtəsisçisidir. 

Hazırda “Dry Tech” şirkətinə, eləcə də Aqua Safe H2O MMC-yə eyni şəxs - Mehman Əliyev rəhbərlik edir. Fikrət Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçusu olub və polkovnik rütbəsi alıb. İndi isə Ramiz Mehdiyevlə birlikdə Elmlər Akademiyasında çalışır. Fikrət Əliyev AMEA-nın İşlər İdarəsinin müdirinin müavinidir. İşlər İdarəsi AMEA-nın sərəncamına verilmiş əmlakın və ayrılan pulların idarə olunması, akademiyanın Rəyasət Heyətinin Mərkəzi Aparatı və onun tabeliyində olan elmi müəssisə və təşkilatlarda elmi tədqiqat prosesinin maddi-texniki təminatı və sosial sahəyə aid olan işlərlə məşğul olur.

Bu şəxs vaxtilə müəyyən sxemlərdən istifadə etməklə Azərbaycan Beynəlxalq Universitetinin rəhbərliyində təmsil olunurdu. Ramiz Mehdiyevin gəlininin Bank BTB ASC-nin əsas səhm sahibi olduğu heç kəsə sirr deyil. Nigar Mehdiyeva bankın səhmlərinin 75%-nin sahibidir. Başqa sözlə, bank kapitalının 50 milyon manatı onundur. Bank BTB ASC həm də BTB Leasing ASC və BTB Kapital İnvstisiya Şirkəti ASC-nin təsisçisidir. 

Özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətinə çevrilən “Şərq-Qərb” nəşriyyat Ramiz Mehdiyevin nəzarətinə keçib. 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlayan müəssisə 2001-ci ildə “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilib. Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti və mətbəə fəaliyyət göstərir. 2018-ci ildə mətbəə 18 milyon manat gəlir əldə edib. Bunun 4 milyon 274 min manatı banka olan faiz borclarının ödənilməsinə sərf olunub.

2019-cu ilin əvvəlinə “Şərq-Qərb” ASC-nin banka olan borcu 14,3 milyon manat idi. Əhmədli qəsəbəsində Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən nəşriyyatın ərazisi genişdir. Hətta o qədər geniş ki, torpağın bir hissəsində dördbloklu 16 mərtəbəli yaşayış binası tikilib. 408 mənzildən ibarət binanı Şərq-Qərb Mülk MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib. Hər iki binanın inşasında tikinti normaları və tələbləri pozulduğuna görə istismarına yalnız keçən ilin sentyabr ayında icazə verilib. Şərq-Qərb ASC-nin “orbitində” daha bir neçə şirkət (“Şərq-Qərb Nəşriyyat Evi” MMC, “Qlobal East VVest” MMC) var.

Qeyd edək ki, bu məlumatlar İlham Əliyevin təmsil olunduğu ailənin böyük biznesini tam olaraq əhatə etmir.

Mənbə: Musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kartda pul saxlamaq artıq risklidir

Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI

Bu hərbçilərə ev verildi - Foto

Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ

Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ

Meksika hökuməti "Google" şirkətini məhkəməyə verib

İcra başçısı şöbə müdirini özünə BİRİNCİ MÜAVİN təyin etdi

Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? (VİDEO)

9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir

"WhatsApp" mesajlarının qorunmasının yaratdığı fəsad aşkarlanıb

Nadir brilyant hərraca çıxarılacaq

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda nə qədər qiymət fərqi var? (VİDEO)

Azərbaycanda kredit faizləri nə zaman aşağı düşəcək? (VİDEO)

Azərbaycanda kredit faizləri nə zaman aşağı düşəcək? (VİDEO)

Azərbaycan nefti bahalaşmaqda davam edir

"Bitcoin" 103 min dollara çatdı - Kriptovalyutalar dəyərlənir

Səhvlərindən dərs almaq və uğur qazanmaq istəyən insanlara:“Uğursuzluq yolun sonu deyil” - SƏHƏR OXUSU

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?

Azərbaycanda qiyabi təhsil ləğv olunacaq?

"Pul insanı xoşbəxt etmir" nağıllarına inanmayın

"Pul insanı xoşbəxt etmir" nağıllarına inanmayın

2025-ci ildə texnologiya sektorunda ixtisarlar davam edir: 22 min nəfər işsiz qaldı

Kameralı "AirPods"ları nə vaxt ala biləcəyik?

Bakıda "Son zəng" üçün pul yığıldığı deyilən məktəblə bağlı araşdırma başladı

Şirkətlər gələcəkdə işə qəbulda yeni üsullara keçəcək

Bakıda "Şəki" restoranı sökülür

Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub

"Ferrari" ilk elektrik avtomobilinin təqdimatını təxirə saldı

20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur? - İcbari Tibbi Sığortanın 3 "dostu"

20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur? - İcbari Tibbi Sığortanın 3 "dostu"

Nazirlikdən bələdiyyələrin əmlakı barədə vacib AÇIQLAMA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin