BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
17917

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) üzvü olan və olmayan ölkələrin nazirlərinin 20-ci iclasında, iyul ayında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq gündəlik neft hasilatının həcminin oktyabrda 400 min barel artırılması barədə razılıq əldə edilib. Bunun ardınca dünya bazarlarında neft qiymətləri aşağı düşməyə başlayıb.

Hazırda əmtəə birjalarında 1 barel neftin qiyməti 65-75 ABŞ dolları arasında dəyişir. Ötən gün Rusiyanın "LUKoil" şirkətinin prezidenti və sahibi Vahid Ələkbərov qiymətlərin bu cür olmasının həm istehsalçılar, həm də istehlakçılar üçün münasib olduğunu, OPEC+ ölkələrinin həcmi tənzimləyərək onu qorumağı hədəflədiyini bildirib.

Bu arada, dünyanın böyük neft tədarükçülərindən olan Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” gələn aydan Asiya ölkələrindəki müştəriləri üçün qiymətləri azaldacağını bildirib. Belə ki, Asiyadan olan alıcılar üçün “Arab Light” markalı neftin 1 barelinin qiyməti 1,3 ABŞ dolları azaldılacaq.

Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban “Saudi Aramco”nun qərarını təbii sayır: 

“Neftin qyməti 70 dollardan yuxarıdır və bu qiymət yüksək sayılır. Amma rəqabət də güclüdür və məhsul satmaq o qədər də asan deyil. Nəzərə alaq ki, Səudiyyə Ərəbistanına aid neftin alıcıları içərisində Çin xüsusi paya malikdir. Son zamanlar, əsasən də yayda Çin neft idxalını azaldıb. Çünki Çin nefti 70 dollara almağa o qədər də meyl göstərmir. Bir il öncə böyük partiyalarla, yəni bundan iki dəfə ucuz nefti alıb, böyük ehtiyatlar yaradan Çin indi ondan istifadə etməyi iqtisadi baxımdan daha məqbul hesab edir. Belə vəziyyətdə istehsalçılar endirim kampaniyası ilə alıcılarda öz məhsullarına maraq oyatmaq istəyir”.

İ.Şaban neftin qiymətinin 70 ABŞ dollarından yuxarı olmasının səbəblərinə də toxunub: 

"OPEC + ölkələrinin sentyabrın əvvəlindəki görüşlərində OPEC-in hasilatın artırılması qərarına dəyişiklik edəcəyi barədə söhbətlər gedirdi. Amma belə hal olmadı. Avqust ayında ilin sonuna qədər hasilatın hər ay 400 min barel artırılması barədə olan qərar qüvvədə qaldı. O qərardan sonra neftin qiyməti bir qədər azalsa da, hazırda ümumilikdə qiymətin 70 dollardan yuxarı olduğunu görürük. Çünki ilk qərar verilərkən bazar ona emosional yaraşır. Ancaq sonradan bazardakı tələb-təklif məsələləri onu öz nizamına qaytarır. Həmçinin indi neftin qiymətlərinin 70 dollardan yuxarı olmasında iqlim amili də var.

Sentyabrın əvvəllərindən əsasən də şimal yarımkürəsində Amerika qitəsində bir-birinin ardınca qasırğalar müşahidə etdik. Bu qasırğalar neft sənayesinə təsirsiz ötüşmədi. Meksika körfəzində və ABŞ-ın neft hasil edən ştatlarında hasilat platformaları müvəqqəti dayanmağa məcbur oldu. Onların yenidən buraxılması üçün bir qədər zaman lazımdır. Belə hadisələr neftin qiymətinin 70 ABŞ dollarından yuxarı olmasını qoruyub saxlayır”.

Bununla belə, ekspert deyir ki, hazırda neftin bazar qiymətləri hasilatın süni yolla tənzimlənməsi hesabına əldə edilmiş qiymətlərdir: 

"70-75 dollarlıq qiymətə bazarda tələb-təklifin bərqərar olduğu qiymət olduğunu demək olmaz. Çünki, süni qiymətdir. Yəni bazarlarda hasilatın süni yolla tənzimlənməsi hesabına əldə edilmiş qiymətdir. 2022-ci ilin sentyabrına qədər bu tənzimlənmə qüvvədədir. Ondan sonra tənzimlənmə qüvvədə qalmazsa, real olaraq bazarda neftin qiymətinin neçə olacağını biləcəyik.

Dünyanın əksər şirkətləri cari il üçün özlərinin baza qiymətini 40 dollar proqnoz etmişdilər. Bu qiymət qlobal bazardakı tendensiya əsasında götürülmüşdü. Lakin bu ilin I yarısında neftin orta ixrac qiyməti 62,55 dollar olub. Ötən ilin I yarısında isə 38 dollar olub. İndi ötən illə müqayisədə qiymətlərdə 65% artım müşahidə edilir. Digər tərəfdən cari il üçün illik proqnoz odur ki, neftin orta qiyməti 65 dollar olacaq. 

Ancaq qiymətlərin 65 dollardan da yüksək olacağını gözləyirəm. 2019-cu ildə neftin orta qiyməti 71 dollar idi. 2021-ci ildə bir qədər aşağı orta qiymətə nail olunsa, 2019-cu ilin hasilat göstəriciləri əldə edilməsə də, 2022-ci ildə istənilən halda həmin nəticələrə çatılacaq. Söhbət hasilatın gündəlik 99 milyon barelə çatmasından gedir. İlin sonuna bu həcmin 97 milyon barelə qədər artımını gözləyə bilərik”.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin