Aqrar
06.09.2021 / 18:42
Əkin və məhsul subsidiyaları yeni əmsallarla veriləcək - KTN
17792
Aqrar Subsidiya Şurası 2022-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin və məhsul subsidiyalarının yeni əmsalları barədə qərar qəbul edib.
Bu barədə Valyuta.az-a Kənd Təsərrüfatı Nazirliyindən xəbər verilib.
Məlumata görə, qərarda subsidiyaların verilməsinə dair çoxsaylı yeniliklər var.
Qərara əsasən, üç bitki növü – əkin subsidiyaları tam şəkildə məhsul subsidiyası ilə əvəzlənib və məhsul subsidiyasının miqdarı artırılıb. Eyni zamanda, birdəfəlik əkin subsidiyası verilən meyvə bağlarının da siyahısı genişlənib.
İndiyədək 6 cür meyvə bağına görə birdəfəlik subsidiya ödənilirdisə, 2020-ci ildən bu rəqəm 9-a çatdırılıb. Qərarda subsidiyaların verilməsinə dair digər yeniliklər də əksini tapıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay