Tərtərdə günəbaxan istehsalı artıb
Tərtər rayonunda günəbaxan yığımı yekunlaşıb.
Valyuta.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə rayon statistika idarəsindən xəbər verilib.
Məlumata görə, bu il Tərtərdə 2331,5 hektar sahədə günəbaxan əkilib, 5712,1 ton məhsul istehsal olunub. Hər hektardan məhsuldarlıq 24,5 sentnerdir.
2020-ci ilə nisbətən cari ildə günəbaxanın əkin sahəsi 479,4 hektar və ya 25,9 faiz, məhsul istehsalı 825,4 ton və ya 16,9 faiz artıb.
Qeyd edək ki, günəbaxan Tərtər rayonunda kəndli fermerlərin və torpaq mülkiyyətçilərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindəndir.
Günəbaxan becərməyin sərfəli olduğunu deyən sakinlər bildiriblər ki, onun dənindən tum və yağ emalında istifadə edilir. Sahələrdən yığılan günəbaxan təmizləndikdən və çeşidləndikdən sonra müvafiq olaraq günəbaxan tumları və yağ emalı müəssisələrinə verilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay