BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
17614

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. 

Valyuta.az xəbər verir ki, fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək. 

Sözügedən dəyişiklik, ölkənin ərzaq təhükəsizliyində və ixrac yönümlü istehsalda mühüm əhəmiyyət daşıyan məhsullara aid olacaq. Hər il üzrə həmin məhsulların siyahısı Aqrar Subsidiya Şurası tərəfindən müəyyən ediləcək. 

Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi ölkənin kənd təsərrüfatına dəstək, aqrar sahəni təhlükəsiz biznes sektoruna çevrilməsi və bu sahəyə yatırılan böyük həcmdə investisiyaların etibarlı qorunması məqsədilə tətbiq edilir. Tətbiqindən keçən qısa müddətdə aqrar sığortadan ölkənin bir çox rayonunda istifadə edilməyə başlanıb. 

Qlobal iqlim dəyişiklikləri və təbii fəlakətlərin ən çox kənd təsərrüfatı istehsalçılarına risklər yaratdığı nəzərə alındıqda bu sahədə dövlət dəstəkli sığortanın tətbiqi və fermerlərdə sığorta vərdişlərinin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. 

Yeni Fərmanın əhatə etdiyi təsərrüfatların sayının ölkə üzrə ümumi fermerlərin və təsərrüfatların cəminin cüzi qismini təşkil etməsi nəzərdə tutulur. 

Ölkə üzrə orta rəqəmləri əsas götürsək, bir hektar taxıl sahəsinin sığorta haqqı regionlar üzrə əsasən 8-12 manat arasında dəyişir ki, bu da əkin subsidiyasının cüzi hissəsini təşkil edir. Başqa sözlə, bu yenilik fermer və aqrar təsərrüfatlara əlavə ciddi maliyyə öhdəliyi yaratmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin