BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
17570

Yeni tədris ili ilə əlaqədar olaraq uşaqların məktəbə qayıtmağa hazırlaşdığı bir dövrdə virusun ötürülməsini minimuma endirmək üçün tədbirlərin görülməsi hər zamankından daha böyük və həlledici əhəmiyyət kəsb edir.

Valyuta.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in Azərbaycandakı Nümayəndəliklərinin birgə məlumatında bildirilib.

“ÜST və UNICEF-in bəyan etdiyi kimi, bu tədbirlərə müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməyə əlçatanlığın təmin edilməsi, eləcə də sinif otaqlarının daha yaxşı havalandırılması, siniflərdə daha az şagird sayı, fiziki məsafənin gözlənilməsi, məktəb əməkdaşlarının virusa qarşı müntəzəm yoxlanılması və valideynlərin təhlükəsizlik tədbirləri haqda davamlı məlumatlandırılması kimi tədbirlər vasitəsilə məktəb mühitinin təhlükəsizlik standartlarına uyğunluq baxımından yaxşılaşdırılması daxildir.

Peyvəndlənmə, “Delta” variantı da daxil olmaqla, virusdan ən yaxşı və sürətli qorunma üsullarından biridir. Müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməsi bu il mövcud olan bir üstünlükdür ki, bunun sayəsində məktəblər daha təhlükəsiz məkan olacaq. İki ilə yaxındır ki, COVID-19 pandemiyası ilə yaşayırıq və məktəblərin təhlükəsiz şəkildə yenidən açılması ümdə prioritetə çevrilib”, - deyə ÜST-ün Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı bildirib.

Dr. Hande Harmançı qeyd edib ki, məktəblərin qapanması uzun müddətli dövrdə böyük mənfi təsirlərə səbəb olur və buna bəraət qazandırmaq çətindir: 

“Hamımız uşaqlarımızın gələcəyini qorumaq naminə məktəblərin təhlükəsiz şəkildə yenidən açılması üçün çalışmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan da daxil olmaqla, ölkələrə COVID-19 riski və virusun fərqli variantlarının yayılmasını minimuma endirmək üçün tədbirlər görərkən məktəbləri açıq saxlamağı təkidlə tövsiyə edir. Məktəblərin yenidən açılmasında mühüm rol oynayan milli vaksinasiya strategiyasının həyata keçirilməsində yerli tərəfdaşlarımızı dəstəkləyirik”.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens qeyd edib ki, pandemiya məktəblərin qapanmasının uşaqlar üçün böyük mənfi təsirlər göstərdiyini nümayiş etdirməklə yanaşı, məktəblərin uşaqların təhsili, psixi sağlamlığı və sosial bacarıqları baxımından da əhəmiyyətli rol oynadığını sübuta yetirdi: 

“Uşaqlar və gənclər təhsillərinə bir il də fasilə verilməsi riski ilə üzləşməməlidir. Sentyabrın 15-də məktəblərin təhlükəsiz şəkildə açılmasını təmin etmək və uşaqların məktəbin təqdim etdiyi imkanları əldən verməmələri üçün UNICEF Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir”.

Qeyd olunub ki, hazırda UNICEF-in Azərbaycandakı Nümayəndəliyi Azərbaycanın seçilmiş on rayonunda təlimi bərpa etmək məqsədilə uşaqlara ünvanlı dəstək vermək üçün Təhsil Nazirliyi ilə əməkdaşlıq edir: 

“Proqram yeni dərs ilində geri qalmamaları üçün uşaqlara əlavə tədris şəklində dəstək, müəllimlərə isə mentorluq dəstəyi nəzərdə tutur. Uşaqlar və müəllimlərə psixi sağlamlıqla bağlı və psixo-sosial dəstək həm UNICEF, həm də ÜST üçün davamlı prioritetlərdən biri olacaq. UNICEF və ÜST-ün Azərbaycandakı Nümayəndəlikləri ölkədə bütün uşaqların məktəblərə təhlükəsiz qayıdışı naminə valideynlər, müəllimlər və şagirdlər üçün bütün zəruri məlumatlar da daxil olmaqla birgə “Məktəbə qayıdış” kampaniyası üçün Təhsil Nazirliyinə, eləcə də yerli səhiyyə qurumlarına birgə dəstək verəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kirayə üçün kompensasiya veriləcək - Kimlərə şamil ediləcək?

Azərbaycada bu məhsulun istehsalı 68% artıb

Qarabağ Universitetində təhsil alacaq tələbələr üçün ediləcək güzəştlər açıqlanıb

Qarabağ Universitetində təhsil alacaq tələbələr üçün ediləcək güzəştlər açıqlanıb

Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil haqqı ilə bağlı layihə təsdiqlənib

Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi

100 min manatlıq şirkət təşkilati-hüquqi formasını dəyişir

Milli Məclis Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanunu qəbul edib

Yaşı 100 və 100-dən çox olan pensiyaçıların sayı açıqlanıb

Hansı işçiləri işdən çıxarmaq qadağandır?

Amerikada işləmək istəyənlər üçün ən yüksək maaşlı 10 peşə

Şirkətlərdə daha çox hansı işçilər ixtisara düşür?

Birotaqlı mənzillərin qiyməti niyə bahalaşır?

ARDNF-nin “Şahdəniz”dən gələn gəlirləri açıqlanıb

"Bitcoin"in cari vəziyyəti və ehtimallar

Ədalətli rəhbər necə olur?

Bakının bu məktəbində şagirdlər yay tətilinə tez buraxılacaq

Azərbaycanda BOKT digər şəxs tərəfindən satın alınıb

“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - Rəsmi açıqlama

Şəhərdə taksilər niyə yoxa çıxdı? - Sürücülər narazıdır (VİDEO)

Deputatlar 18 məsələyə görə toplaşırlar

Bitcoin və Etherium ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Bakıda vətəndaşların ölümlə üz-üzə qaldığı yol (VİDEO)

Qarabağ işğaldan azad olunandan sonra biznesi böyüyən sahibkar - MÜSAHİBƏ

Qarabağ işğaldan azad olunandan sonra biznesi böyüyən sahibkar - MÜSAHİBƏ

“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA

Avro və rubl bahalaşdı - Məzənnə

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

Şahdağa qar yağıb - Faktiki hava

1-2 otaqlı mənzillərin qiyməti bahalaşdı: “Bu tip əmlakı olanlar qeydiyyata düşə bilmirlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin