SOCAR AQŞ Ukraynada investisiya yerləşdirməkdə maraqlıdır
SOCAR AQŞ MMC Ukraynada hasilat fəaliyyətinin müxtəlif növlərinə investisiya yerləşdirməkdə maraqlıdır.
Valyuta.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, avqustun 31-də keçirilmiş görüş zamanı SOCAR AQŞ-nin baş direktoru Samir Mollayevin başçılığı ilə nümayəndə heyəti 3D seysmologiya, qazma və bilavasitə hasilat kimi fəaliyyət növlərinə investisiya yerləşdirməyə və əməkdaşlığa maraq göstərib.
Ukrayna energetika nazirinin birinci müavini Yuri Vlasekonun sözlərinə görə, ölkənin neft-qaz hasilatı sahəsi xarici investisiyaların cəlb edilməsi üçün perspektivlidir,
Ukrayna isə Azərbaycan şirkətinin dəniz şelfində qaz və neft hasilatı sahəsində təcrübəsində maraqlıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay