AQTA sədri: “Bitki sağlamlığı haqqında” qanun yeni redaksiyada hazırlanır
"Azərbaycanda bitki sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistemin yaradılmasını nəzərdə tutan tədbirlər görülür. Bununla bağlı “Bitki sağlamlığı haqqında” qanunun yeni redaksiyada hazırlanması işləri aparılır".
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.
AQTA sədrinin sözlərinə görə, dəyişiklik beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanır.
O bildirib ki, bitki mühafizəsi vasitələrinin qeydiyyatı, dövriyyəsi və istifadəsinə nəzarət mexanizmləri təkmilləşdirilir:
"AQTA yarananadək respublika ərazisində karantin ekspertizası üzrə yalnız 1 laboratoriya fəaliyyət göstərirdisə, hazırda bu say 5-ə çatdırılıb. Eyni zamanda respublikada ilk dəfə molekulyar üsullar tətbiq edilməklə bitki virusu və xəstəliklərinin diaqnostikası təşkil edilib. Ölkə üzrə təsərrüfat sahələrində virus və bakteriya xəstəlikləri üzrə mütəmadi monitorinqlər təşkil edilib".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay