Aqrar
30.08.2021 / 14:57
Azərbaycanda sahə baytarları ilə bağlı yeni addım: Dövlət müqaviləsi ilə işləyəcəklər
17477
Sentyabrın 1-dən bu ilin sonunadək Azərbaycanda sahə baytarları mərhələli şəkildə əmək müqaviləsi ilə deyil, dövlətlə xidməti müqavilə ilə fəaliyyətə başlayacaq.
Bu barədə Valyuta.az-a Kənd Təsərrüfatı Nazirliyindən xəbər verilib.
Baytarlarla ilk müqavilə avqustun 31-də imzalanacaq. Sənəd "Özəl baytarlıq – fermerə təkmil, rəqabətli və səmərəli xidmət" mövzusunda keçirilən konfrans çərçivəsində imzalanacaq.
Konfrans kənd təsərrüfatı naziri, Qida Təhlükəsizliyi Agentliyinin sədri, Dünya Bankının ölkə üzrə meneceri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin rəhbərinin və digər yerli və beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay