BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9014
  • RUB
    2.0971
  • TRY
    0.0437
  • GBP
    2.2609
17441

“Məktəblərin əyani, yoxsa onlayn formada keçiriləcəyi ilə bağlı konkret məlumat gec olmadan açıqlanmalıdır. Prosesin uzanması tələbələrin kirayə mənzil tapmalarında problem yaradır”.

Valyuta.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib. 

Ekspert bildirib ki, hazırda tələbələr və onların valideynləri çıxılmaz vəziyyətdə qalıblar: 

“Onlar bilmək istəyirlər ki, dərslər əyani başalayacaq, ya yox. Operativ Qərargah məlumat verdi ki, dərslər başlayacaq, ancaq daha dəqiq məlumat sentyabrda deyiləcək. Normal şərtlərdə tələbələr avqustun sonunda artıq evə yerləşir və dərslərin açılmasını gözləyir. Dərslərin onlayn yox, əyani olacağı ilə bağlı məlumat tədrisin başlamasına 3-5 gün qalmış verilsə, bu, tələbələr üçün böyük problem olacaq. Çünki şəhərə gələn tələbələrin sayı on minlərlədir və paytaxtda da ucuz kirayə mənzillər məhdud saydadır. Müvafiq qurumlar bilməlidir ki, tələbə şəhərə gələndə, yalnız özü gəlmir, əşyalarını da gətirir. Məsələnin digər tərəfi isə odur ki, tələbə gəlib ev tutsa, sonra yenə dərslər onlayn keçirilsə, necə olacaq?! Artıq bir çox tələbə ev pulunu belə verib. Belə olsa, tələbənin ev üçün ödədiyi pul, gəlib-qayıtmaq üçün yol xərci hədər gedəcək”.

Ekspert onu da bildirib ki, tələbələrə evini verənlər də dərslər dayanarsa, müştəri qıtlığı ilə üzləşəcəklər: 

“Yəni, bu problem kökündən həll olunmalı, konkret dərslərin əyani olub-olmayacağı ilə bağlı qısa zamanda məlumat verməlidirlər. Ev sahibləri gözləntidədirlər ki, bu gün evi tələbəyə versə və o tələbə sabah çıxıb rayona getsə, evi boş qalacaq. Bu baxımdan bir çox ev sahibi tələbəyə ev vermək istəmir. Daha uzun müddət qalması üçün əsasən ailəli şəxslərə üstünlük verilir”.

Elnur Fərzəliyev paytaxtda tələbələrin əsas marağında olan yerlərdən və mövcud kirayə qiymətlərindən də danışıb:

"Tələbələr ən çox kirayə qaldıqları yerlər Yasamal və Nərimanov rayonlarıdır. Çünki burada təhsil müəsisələrinin sayı digər rayonlarla müqayisədə daha çoxdur. Normalda hər il yay aylarında qiymətlərdə 20 faizə qədər endirim olur, avqust-sentyabrda isə yenidən stabilləşir. Bu gün şəhərdə birotaqlı mənzillərin kirayə qiyməti 250-300, maksimum 350 manat arasında dəyişir. 350 manat olanların çoxu da sonradan ikiotaqlıya çevrilən evlərdir. İkiotaqlı mənzillərin qiyməti 350-450 manatdır. Üçotaqlı və dördotaqlı mənzillərin qiyməti isə müvafiq olaraq arta-arta gedir. İllərdir ki, qiymətlər stabil olaraq qalıb. Bu il də artacağı gözlənilmir. Lakin zamanla şəhərdə ucuz kirayə mənzillər qalmayacaq. Çünki köhnə tikililər sürətlə yeniləri ilə əvəzlənir".

Ekspert oğlan tələbələrin problemlərindən də danışıb. Bildirib ki, qız tələbələrlə müqayisədə oğlanlar ev tapmaqda daha çox çətinlik çəkir:

"Çünki ev sahiblərinin əksəriyyəti oğlan tələbələrə ev vermək istəmir. Bu, pandemiyadan əvvəl də belə olub. Əgər eyni ev qızlara 200-250 manata verilirdisə, oğlanlara 300-350 manata verilirdi. Dünya təcrübəsinə baxsaq görərik ki, orda bütün müqavilələr notarial qaydada bağlanılır. Bu səbəbdən ev sahibi vergi verir və bütün mənzillər yanğın, subasma və digər hadisələrə görə sığortalanır. Amma sığorta olmadığı, müqavilələr notarial qaydada bağlanmadığı üçün oğlan tələbələrə ev verilmir. Belə bir düşüncə formalaşıb ki, oğlanlar evi təmiz saxlamayacaq və ya hər hansısa dava-dalaş hadisəsi baş verəcək. Bu məsələ oğlan tələbələr üçün böyük problem yaradır. Belə problemlərin olmamağı üçün yataqxanalar tikilməlidir. Köhnə yataqxanaların yerində yeniləri tikilsə, tələbələrin ev problemi aradan qalxmış olar".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ Ayda nadir tapılan maddənin çıxarılması üçün xüsusi qurğu hazırladı

158 min manat vergi borcu olan şirkət kimindir?

"Volkswagen" ID subbrendindən imtina edir

Neyroşəbəkələrlə mübahisə: Süni intellekt, yoxsa insan daha inandırıcıdır?

Vergi borcu olan şirkət direktorunun ölkədən çıxışına STOP qoyuldu

Dünyanın ən incə oyun noutbuku tanıdıldı - FOTO

FHN-nin Cəbrayılla bağlı 3 milyonluq tenderi ləğv edildi

"80 faiz qaydası": Zukerberq, Eynşteyn və Cobsu birləşdirən yanaşma

Bu ASC-yə məxsus əmlak hərraca çıxarılacaq

10 manatlıq şirkət borc içindədir

Uzun iş saatları beyni dəyişdirə bilər? - Tədqiqat

Uzun iş saatları beyni dəyişdirə bilər? - Tədqiqat

Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu rayonlardadır

İlahiyyat İnstitutunda magistratura səviyyəsi üzrə yeni ixtisaslaşmalar açılıb

Bolqarıstan gələn ildən avroya keçəcək

Stomatoloqlardan 1200-1800 manat tələbinə TƏBİB-dən REAKSİYA

Daha çox dil, daha çox maaş...

Avropada ən yüksək gəlir hansı ölkələrdədir? -SİYAHI

“Bizə ödənilən rüsum xərclərimizin yarısını qarşılamır”

Kimlər əfvə düşə bilməz? (SİYAHI)

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə

10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən şübhəli dəstə ifşa olundu

Bu şəxslər pensiyaya daha erkən çıxa bilər - RƏSMİ

Şirkətin əmlakı hərraca çıxarılır - Vergi borcuna görə

Feldşer lotereyadan 1 milyard uddu

İspaniyada mobil şəbəkələr çökdü: Böhranın səbəbi nədir?

“Şəki” restoranının sökülməsinə görə kompensasiya ödənilib - Fantastik məbləğ

Avtomobil nömrələrini fantastik qiymətə satan kimlərdir?

Ağdamdan Özbəkistana 1,3 milyonluq divar kağızı ixrac olunacaq

Turizm Agentliyi xarici blogerləri Azərbaycana gətirəcək - 266 min pul ayrıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin