BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
17127

Aqrokadr.az karyera portalı işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarını genişləndirəcək

Kənd təsərrüfatı sahəsində məşğulluq imkanlarının genişləndirilməsi, aqrar sahədə fəaliyyət göstərmək istəyən şəxslərin daha asan iş tapması üçün yeni sayt yaradılıb.  Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan aqrokadr.az karyera portalında aqrar sahə üzrə təqdim olunan iş yerləri, işçi axtarışında olan şirkət və müəssisələr barədə məlumatlar yerləşdirilib. Eyni zamanda, işəgötürənlərə karyera portalının “Namizədlər” bölməsində işsiz, eləcə də işaxtaran şəxslərin təhsil və iş təcrübəsi ilə tanış olmaq imkanı yaradılıb.  

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə tərəfdaşlığı  ilə aqrokadr.az karyera portalının onlayn təqdimatı keçirilib. Tədbirdə Milli Məclisin üzvləri, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edənlər portalı aqrar əmək bazarı üzrə işçilərin və işəgötürənlərin faydalana biləcəyi etibarlı və mötəbər karyera məlumat mənbəyi adlandırıblar. Türkiyəli sahibkar Bilal Dündar çıxış edərək Azərbaycanın aqrar mütəxəssisləri öz ölkəsində işləməyə dəvət edib, bunun üçün rəhbərlik etdiyi müəssisədə mövcud olan vakansiyaların aqrokadr.az portalında yerləşdirilməsini təklif edib.

Daha sonra aqrokadr.az saytı ilə bağlı praktiki təqdimat olub. İştirakçılara məlumat verilib ki, portal iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalının aqrar sahə üzrə potensialının müəyyən edilməsi və aqrar peşələrlə bağlı iş axtarışının stimullaşdırılmasını hədəfləyir.

Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini, Təhsil sektorunun müdiri Emin Əliyev qeyd edib ki, aqrokadr.az saytı aqrar sahədə çalışan, təhsil alan və ixtisaslaşan mütəxəssislərlə aqrar müəssisələr arasında körpü rolunu oynayacaq. O, portalın üç prinsip operativlik - imkanlara, dəyişikliklərə və risklərə çevik münasibət, şəffaflıq - karyera quruculuğunda, o cümlədən aqrar sektorda peşələrin və peşəkarların açıq inkişafına dəstək, peşəkarlıq - fəaliyyətlərin icrasına əsaslandırılmış effektiv və səmərəli yanaşma ilə fəaliyyət göstərəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.  Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM

Kredit və depozitlərin böyük hissəsi 3 bankın əlindədir

Bu şirkətlər barəsində inzibati iş başladıldı

“Unibank” ilə zəif mənfəətlə başlayıb - 61%-lik geriləmə

Əhalinin banklardakı əmanətləri artıb

İstehlak bazarında dövriyyə 18,5 milyard manata çatdı

ABB-nin xalis mənfəəti 15 milyon manata yaxın azalıb

Əhalinin nominal gəlirləri 20 milyardı keçdi - Rəsmi

“Aqrarkredit”də Məmməd Musayevi əvəzləyəcək şəxs açıqlandı

“Aqrarkredit”in İdarə Heyətinin tərkibi dəyişdirildi - Sahil Babayevdən QƏRAR

Görünmək, gözə girmək, kölgədə qalmaq - Hansı yaxşıdır?

Görünmək, gözə girmək, kölgədə qalmaq - Hansı yaxşıdır?

Palata sədri: Bəzi hallarda dövlət ekspertizası ilə təsdiqlənməyən tikinti işləri aparılır

Orta aylıq əmək haqqı artaraq 1043 manat oldu

Bakı Metropoliteninin əməkdaşlarının maaşı niyə artırılmayıb? - RƏSMİ AÇIQLAMA

Stomatoloqlar nə qədər vergi və sosial ödəniş etməlidirlər?

Stomatoloqlar nə qədər vergi və sosial ödəniş etməlidirlər?

I sinfə qəbul prosesinə yenilik tətbiq edildi

Palata 155 milyon manat həcmində səmərəsiz xərclər müəyyən etdi

Leysan yağacaq, şimşək çaxacaq

Mənimsəmədə ittiham olunan şirkət rəhbərinə hökm oxunub

Şirkətlər 3 mln. manatdan çox vəsaiti "Bank Avrasiya"dan geri çəkiblər

DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Bakıda məşhur klubun fəaliyyəti dayandırıldı

Onların sürücülük vəsiqəsi 2 illik olacaq - Sonra yenidən yoxlanılacaqlar

Ölkədə iş axtaranların sayı artıb

"Badamlı" şirkətinə yeni direktor təyin edildi

"Badamlı" şirkətinə yeni direktor təyin edildi

Rabitəbank 2025-ci ilin I rübü üzrə maliyyə göstəricilərini açıqladı®

Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi qaydaları dəyişdi

Gürcüstan Prezidenti Azərbaycana ilk rəsmi səfərinə gəlib

Naxçıvanda aşkarlanan qanunsuzluqlar açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin