BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
16909

"Təəssüflər olsun ki, kənd təsərrüfatı məhsullarının qiymətinin günü-gündən bahalaşmasından kəndlilər qazanc əldə etmir. Kənd təsərrüfat məhsulları biznesi müəyyən qüvvələrin əlindədir”.

Valyuta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfat məhsulları üzrə ekspert Vahid Məhərrəmov günü-gündən artan kənd təsərrüfatı məhsullarının qiymət artımını şərh edərkən deyib. 

Ekspert bildirib ki, ən böyük monopoliya kənd təsərrüfat məhsullarının topdansatış bazasındadır:

""Meyvəli” məhsulları kəndlilərdən qəbul edir və market, supermarket, ticarət mərkəzlərinə satış həyata keçirir. Digər tərəfdən isə həmin məhsulların tədarükçüləri də var. Uzun müddət çalışdılar ki, həmin məhsulların tədarükçülərini sıradan çıxarsınlar. Ona nail ola bilmədilər. Rəqabət mühiti pozuldu. Düzdür, bir hissəsini sıradan çıxardılar. Bu bahalaşmadan kənd təsərrüfatı məhsullarının inhisarçıları gəlir əldə etmir. Bundan qazanan yalnız monopolistlərdir. Kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən monopolistlərdir”.

Onun sözlərinə görə, bu bahalaşmaya rəvac verən isə məmurlardır: 

“İlin əvvəlində gündəlik təlabatı olan məhsullar bahalaşdı. Bunlar nədir? Dizel yanacağı 33%, benzin 11%, su 100% bahalaşdı, qazın qiymətində limiti dəyişdilər, orada da bahalaşma oldu. Bütün bunlar istehsalçıların xərcini artırır. Həmin texnikalar dizel yanacağı ilə işlədiyinə görə xidmət bahalaşır. Məhsul daşınır, benzinin qiyməti artdıqca istehsal olunan məhsulun maya dəyəri də artır. Üstəlik, bir də su problemi var ki, uzun müddətdir öz həllini tapmır. Bütün bunlar imkan verir ki, məhsulun qiymətini diktə etsinlər, alıcıya yüksək dəyərlə təklif etsinlər. Satış azalır. Bütün bunlar isə ailə büdcəsinə təsir edir. Ona gərə də əhalinin alıcılıq qabiliyyəti aşağı düşür”.
 
 Qeyd edək ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.9 faiz, 2020-ci ilin iyul ayına nisbətən 6 faiz artıb.

2021-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2020-ci ilin yanvar-iyul aylarına nisbətən 4.5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5.1 faiz, qeyri-ərzaq məhsulları üzrə 4.1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3.9 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin