BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
16764

“e-KOB evi” portalı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün normativ hüquqi aktlarda nəzərdə tutulan sənədlər, ödəniləcək vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr və s.) mərkəzləşdirilmiş qaydada əldə edilməsini asanlaşdıracaq.

Valyuta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “e-KOB evi” portalı haqqında Əsasnamədə əksini tapıb.

“Sahibkarın elektron kabineti” “e-KOB evi” portalında xidmətlərdən istifadəni, müvafiq məlumatların əldə olunmasını və həmin məlumatlarda dəyişiklik edilməsini, ödənişlərin həyata keçirilməsini, həmçinin operatorla və digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqəni təmin edən fərdi elektron 

 “Sahibkarın elektron kabineti” portalda hər bir KOB subyekti üçün formalaşdırılır. “Sahibkarın elektron kabineti” vasitəsilə aşağıdakı xidmətlər göstərilir:

- KOB evlərində bilavasitə göstərilən xidmətlərlə bağlı sahibkarların müraciətlərinin elektron qaydada qəbul edilməsi, aidiyyəti dövlət orqanına (qurumuna) yönləndirilməsi və cavablandırılması;

- Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya olunmuş “G2B” xidmətlərindən istifadə olunması və həmin xidmətləri təmin edən qurumlarla EHİS vasitəsilə əlaqələrin yaradılması;

- portalda mövcud olan “B2B” xidmətlərindən istifadə olunmaqla həmin xidmətləri təmin edən sahibkarlarla əlaqələrin qurulması;

- KOB evlərində bilavasitə göstərilən xidmətlərdən istifadə etmək üçün elektron növbənin əldə edilməsi;

sahibkar haqqında aşağıdakı məlumatların əldə olunması:

- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

- fəaliyyət növü;

- sahib olduğu lisenziyalar və icazələr haqqında məlumatlar;

- sahibkarlıq subyektlərinin meyarlarına görə bölgüsü;

- əlaqə vasitəsi (telefon nömrəsi, elektron poçt ünvanı);

- fiziki şəxsin soyadı, adı və atasının adı, qeydiyyat ünvanı;

- hüquqi şəxsin adı, hüquqi ünvanı, təşkilati-hüquqi forması, mülkiyyət növü, qeydiyyat şəhadətnaməsinin nömrəsi və verilməsi tarixi;

- sahibkarlıq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlara dair məlumatların əldə edilməsi.

KOB subyektlərinin sahibkarlıq fəaliyyəti çərçivəsində həyata keçirdikləri əməliyyatların elektronlaşdırılması məqsədilə operator “Biznes Naviqator” sistemi vasitəsilə aşağıdakı xidmətləri göstərir:

- KOB subyektlərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məlumatlandırılmasını və ixtisaslaşmış məsləhət (konsaltinq) xidmətlərindən istifadə etmələrini təmin edir, habelə biznes alətləri vasitəsilə KOB subyektləri tərəfindən ayrı-ayrı sahələr üzrə mütəxəssislərin cəlb edilməsi üçün şərait yaradır;

- müxtəlif mobil alətlərin istifadəsi üzrə tövsiyələr verir, operator tərəfindən yaradılan mobil alətlərin istifadəsinə dair təlimatlar tərtib edir, bu mobil alətləri ilkin istifadə mərhələsində güzəştli qiymətlərlə təklif edir;

- portaldan mobil cihazlar və səyyar qurğular vasitəsilə sərbəst istifadə edilməsi üçün şərait yaradır;

- aktiv reklam, promo-aksiyalar keçirir, biznes prosesin avtomatlaşdırılması üçün texnoloji həlləri tətbiq edir və mobil elektron biznes alətlərini daim təkmilləşdirir;

- informasiyanın mühafizəsi sistemlərinin tətbiqini və daim təkmilləşdirilməsini həyata keçirir;

- informasiya ehtiyatını və əsas əməliyyatların yerinə yetirilməsi prosesini serverə keçirir, informasiyanın arxivləşdirilməsi sistemlərinin tətbiqi hesabına zəruri trafikin həcmini azaldır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Duma xüsusi hesablarda “xarici agent” müəlliflərinə ödənişləri dondurmağı planlaşdırır

“İstanbul Aptek”də əczaçılıq tələblərini pozan mallar satılıb?

Müdafiə tərəfi “yengəc kralı” Kanın hökmündən apellyasiya şikayəti verdi

Qaradağ Şüşə Zavodu gömrük qaydalarını pozub?

Aİ Rusiya təyyarələrinin uçuşlarına qarşı sanksiyaları sərtləşdirəcək - "Reuters"

“Kino” məhkəməyə verildi

Bu il ən çox satılan smartfonlar açıqlandı (SİYAHI)

Çin rekord sürətlə qızıl almağa davam edir

Dünyada neft bazarında ciddi qıtlıq yaşanır

Hindistan qlobal yarımkeçirici bazarına daxil oldu

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

Xəzinədarlıq Agentliyi 1 milyonluq proqram təminatı alır

"Apple" tarixində ilk: "iPhone 16 Plus" 7 rəngdə olacaq

"Azərbaycan Beynəlxalq Bankı" məhkəmə qarşısında

Yevgeni Priqojinin “Concord” şirkəti əmlakını satır

"Təbriz" MTK məhkəməyə verildi

Məhkəmənin qərarı ilə “Uniper”in Rusiyadakı aktivlərinə həbs qoyula bilər

Lənkəranın yollarını təmir etməyə şirkət tapılmadı

Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)

“Ukrnafta” Rusiyanın “Tatneft” şirkətinin aktivlərini idarə etməyə başlamaq istəyir

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Aİ Rusiya aktivlərindən yığılan gəlirin 90%-ni Kiyevə verməyə razılaşdı

Bu halda cərimə oluna bilərsiniz - Prezident təsdiqlədi

Britaniya sanksiyalardan yan keçib, 2,2 milyardlıq Rusiya nefti alıb

”Ege Hospital”da tibbi sertifikasiyadan keçməyən işçilər çalışır?

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu ®

Bakıda fantastik qiymətə ev kirayə verilir (FOTO)

Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin