BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
16755

Azərbaycan Dövlət Neft Fondunun və dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılan zaman hər iki büdcədə böyük kəsir nəzərdə tutulub. Proqnoza görə Neft Fondunun büdcəsində 4,249 milyard manat, dövlət büdcəsində 3,11 milyard manat kəsir olmalıdır. 

Kəsirin böyük olmasına səbəb gəlirlər proqnozlaşdırılan zaman neftin qiymətinin çox aşağı məbləğdə (40 dollar) götürülməsidir. 2021-ci ilin ilk 7 ayının nəticələri göstərir ki, faktiki qiymətlər proqnoz qiymətdən yüksəkdir və büdcələrdə kəsir gözləniləndən kiçik olacaq. 

Dövlət büdcəsində kəsirin aradan qalxması neftin qiymətindən asılı olmasa da, Dövlət Neft Fondunun gəlirləri neft qiymətlərindən asılıdır. Bu baxımdan neftin bahalaşması Fondun büdcəsinin tarazlaşdırılmasına böyük faydası olacaq. 

Bəs, neftin qiyməti hansı əlverişli səviyyədə olmalıdır ki, Neft Fondunun büdcəsində kəsir olmasın?

Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bu barədə danışıb.

İ.Şaban qeyd etdi ki, məlumat kasadçılığı səbəbindən əlverişli qiymət səviyyəsini müəyyənləşdirmək çətindir. 

O Azərbaycanda müvafiq qurumların neft bazarı, qiymət dəyişikliklərinin gətirdiyi əlavə qazanclar və s. kimi vacib məlumatları açıqlamadığını dedi: 

"Rusiyada hər 15 gündən bir neft bazarına, buradakı fəaliyyətə dair bütün məlumatlar açıqlanır. Bu ölkədə iqtisadiyat, maliyyə nazirlikləri, milli bank tərəfindən neftin qiymətlərindəki dəyişikliklər, büdcəyə daxil olan vəsaitlər, əldə edilən əlavə vəsaitlər, neftin qiymətinin artması ilə bağlı Rifah Fonduna yığılan vəsaitlər və s. ilə bağlı çoxlu informasiyalar paylaşılır. 

Artıq 2021-ci ilin birinci yarısına yekun vurulub. Amma Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin birinci yarımilin yekunları ilə bağlı ətraflı statistikasına rast gəlmirik. İki rübün başa çatmasına baxmayaraq biz 6 ayda neftin orta qiymətinin nə qədər olduğunu öyrənə bilməmişik”.

Onun sözlərinə görə, əvvəllər hər ay SOCAR büdcəyə ödədiyi vəsaitin məbləğini, neftin orta qiymətini açıqlayırdı: 

“Ancaq uzun müddətdir ki, bu məlumatlara rast gəlinmir. Biz neftdən nə qədər gəlir əldə etdiyimizi yalnız ilin sonunda öyrənə bilirik. Müvafiq qurumların heç biri neftin aylıq və ya rüblük qiymətini açıqlamır. Yalnız Mərkəzi Bank tədiyə balansına dair məlumatda rüblük qiyməti açıqlayır. Amma bu məlumat da gecikdirilir. Həmçinin, neftdən gələn gəlirin artımı iki mənbə üzrə fərqləndirilmir. Halbuki, SOCAR-ın və hasilatın pay bölgüsü çərçivəsində olan ödəmələr ayrı göstərilməlidir”. 

İ.Şaban bildirdi ki, Azərbaycan İnvestisiya Holdinqi yaradılandan sonra bu qurumun qarşısında qoyulan tələblərdən biri də məlumat açıqlığının təmin edilməsidir: 

"Bütün dövlət şirkətləri kimi SOCAR da qurumun idarəçiliyinə verilib. Holdinqin yaradılması haqqında Prezidentin Fərmanında da göstərilib ki, İnvestisiya Holdinqi tabeçiliyində olan dövlət müəssisələrinin şəffaflığının və hesabatlılığının artımına nail olmalıdır. Zəruri məlumatlar vaxtında açıqlanarsa, gəlir və xərcləri düzgün müəyyənləşdirmək olar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyada ən populyar smartfonlar açıqlandı

Bu qadınlar pensiyaya 5 il tez çıxır

40 illik tort dilimi 4,250 manata satıldı - Milyon dollarlıq ləzzətlər

Azərbaycanın ixracdan ən çox qazanc götürdüyü məhsullar - SİYAHI

Azərbaycanda 100 yaşından yuxarı 2 mindən çox pensiyaçı var

Azərbaycan Hava Yolları ilk 4 ayda nə qədər qazanıb? - Rəqəmlər

"İrAero" iyulda Moskvadan Qəbələyə birbaşa uçuşlara başlayacaq

Artıq başqalarının ƏDV-sini vura bilməyəcəyik? - Rəsmi cavab

Alim rektora yeni müşavir təyin olundu

Azərbaycanda daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verildi

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

Mərkəzi Bank iki investisiya şirkətinə icrası məcburi göstəriş verdi

Sahil Babayev sabiq rəisə yüksək vəzifə verdi

Ən ucuz kredit verən 5 iqtisadi rayonumuz - CƏDVƏL

Bu balığın kiloqramını Çilidən 7, Türkiyədən 16 manata alırıq

Özünüzə maaş verin: Pul yığmağın sadə üsulları - Maliyyə məsləhətçisi açıqladı

Avropanın ən bahalı 10 futbol klubu

İlon Mask "Grok" ilə "Telegram"ı gücləndirir: 300 milyon dollarlıq razılaşma

Sabahın hava proqnozu - 33 dərəcə isti

Laçına təyyarə ilə səyahət neçəyə başa gələcək?

Laçına təyyarə ilə səyahət neçəyə başa gələcək?

Hansı evlərin tikintisi üçün icazə tələb olunmur? - CAVAB

"Azərkosmos"un aprel ayında xidmət satdığı 5 ölkə - CƏDVƏL

"TikTok"da saxta proqram videoları: Süni intellektlə yayılır, məlumatları oğurlayır

"Xaçmaz Aqropark" ləğv olunur

Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Əzbərlənmiş cavablarla iş müsahibəsinə getmək qəbul şansını artırır? - EKSPERT

“Bank of Baku”nun İdarə Heyətinə təyinat olub

Bakıda kafe və restoranlarının gəlirləri 400 milyon manata çatdı

Məşhur istirahət mərkəzi fantastik qiymətə satışa çıxarıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin