Energetika
06.08.2021 / 18:09
“Şahdəniz-2” çərçivəsində yeni hasilata başlanılıb - HESABAT
16708
Cari ilin ikinci rübündə “Şahdəniz-2” çərçivəsində 540 metr dərinlikdə yerləşən Şərq-Cənub cinahından hasilata başlanılıb.
Valyuta.az xəbər verir ki, bu barədə BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin I yarısının yekunlarına dair dərc etdiyi hesabatda qeyd edilib.
Bu, 2021-ci il üçün planlaşdırılmış və təhlükəsiz, qrafikə və büdcəyə uyğun yerinə yetirilmiş mühüm bir hadisədir.
Dərinsulu Şərq-Cənub cinahından hasilat dənizdə bütün əlaqədar quraşdırma və istismar sınaqları uğurla başa çatdıqdan sonra 30 iyun 2021-ci il tarixində başlandı.
Cinahın 2021-ci ilin üçüncü rübündə tam hasilat səviyyəsinə çatacağı gözlənilir.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay