Energetika
06.08.2021 / 11:48
BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı açıqlandı
16665
2021-ci ilin 1-ci yarısında (yanvar - iyun) bp şirkətinin Azərbaycan vətəndaşları olan işçilərinin sayı 98 nəfər azalıb.
Bu barədə Valyuta.az-a BP şirkətindən xəbər verilib.
Belə ki, 30 İyun 2021-ci il tarixində bp şirkətində 2344 nəfər Azərbaycan vətəndaşı işləyib. Bu say ötən ilin sonunda 2442 nəfər idi.
2019-cu ilin sonundan bəri isə bp şirkətində işlətən Azərbaycan vətəndaşlarının sayı 190 nəfər azalıb.
Azərbaycan vətəndaşları olan işçilərin sayı 2021-ci ilin 1-ci rübündə (yanvar-mart) 17 nəfər, 2-ci rübündə (aprel -iyun) 81 nəfər azalıb. Birinci rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2425 nəfər idi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay