BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
16659

“Sahibkarlarlığın inkişafı üçün vacib olan daha bir məsələ öz həllini tapır. Belə ki, uzun müddət idi ki, sahibkarların artıq ödədiyi Əlavə Dəyər Vergisini (ƏDV) geri almaqda çətinlikləri var idi. Əvəllər artıq ödənilmiş vəsaitin geri alınması ya mümkün olmurdu, ya  da uzun müddət tələb edirdi”. 

Valyuta.az xəbər verir ki, bu fikri Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov səsləndirib.

Əksər hallarda sahibkarların əvəzləşməyə getmək məcburiyyətində qaldığını söyələyən deputat, “Vahid elektron lövhə” tətbiqinin bu problemi həll edəcəyini təqdirəlayiq hal kimi qiymətləndirib: 

Bu, bütövlükdə vergi sisteminin elektronlaşdırılması, xidmətlərə əlçatanlığın genişləndirilməsi və xüsusən dövlət büdcəsi ilə qarşılıqlı hesabalaşmalarda müasir praktikaya uyğun, dünya təcrübəsində tətbiq edilən nümunələrdən istifadə edilməsi baxımdan vacib idi. Bu paltaformanın mahiyyəti ilə bağlı bizə olan müraciətləri nəzərə alaraq qeyd etmək istərdim ki, “vahid elektron lövhə” dünya təcrübəsində “electronic VAT refund service” prinsipinə uyğun olaraq ƏDV-nin geri qaytarılması üçün elektron müraciət və addımları nəzərdə tutur. 

Dövlət Vergi Xidmətinin tətbiq etdiyi bu platforma vergi ödəyəcilərinə imkan verəcək ki, ƏDV üzrə artıq vergi ödədikləri halda, həmin vəsaitin büdcədən geri qaytarılmasını təmin edə bilsinlər”. 

Onun sözlərinə görə, sahibkarları, vergi ödəyicilərini uzun müddət idi ki, ən çox narahat edən məsələlər sırasına ƏDV üzrə ödənişlər zamanı artıq ödəmələrin geri qaytarılmasındakı çətinliklər daxil idi: 

“Belə ki, vəsaitlərin geri qaytarılması ilə bağlı prosedurun mürəkkəbliyi zaman baxımından xeyli müddət tələb edirdi. Ancaq yeni mexanizm imkan verəcək ki, vergi ödəyicisi artıq ödəməsi olduğu halda, elektron müraciət edərək daha qısa zamanda artıq ödəməni geri ala bilsin. Bu isə prosedurun sadələşdirilməsi ilə vəsaitə və zamana qənaət edilməsi anlamına gəlir. Digər tərəfdən, yeni mexanizm imkan verəcək ki, vergi ödəyicisi müraciətini elektron izləyə bilsin. 

Burada əslində dünya praktikasında tətbiq edilən “tracking” metodundan istifadə olunacaq ki, bu da vergi ödəyicisinə müraciətin bütün mərhələlərini izləmə imkanı yaradacaq”.

Millət vəkili vurğulayıb ki, bu islahatın tətbiq olunmasının Azərbaycanın beynəlxalq hesabatlarda və xüsusən də Dünya Bankının “Doing Business” hesabatında sözügedən istiqamət üzrə yerinə birbaşa təsir göstərəcəyi gözlənilir: 

“Çünki məhz beynəlxalq hesabatlarda da sözügedən “Vahid elektron lövhə”nin tətbiq edilməsi irəli sürülən təkliflərdən biri idi.  Azərbaycanda bu praktikadan istifadə edilməsi beynəlxalq hesabatlardakı mövqeyimizə müsbət təsir göstərəcək”.

Ömər Vəzirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Rusiyada kürünün məcburi etiketlənməsinə başlanıldı

Qalmaqallı şirkət 25 min manat cərimələnə bilər

Çin karbon emissiyalarını azaltmaq vədinə əməl etməkdə çətinlik çəkəcək

2 şirkət barədə protokol tərtib edilib

Argentina Konqresi iqtisadiyyata nəzarətin prezident Mileyə verilməsini təsdiqlədi

“ATEK Uniform” məhkəmə qarşısında

"Amazfit" smart üzüyü mayın ortalarında təqdim ediləcək

İnvestorlar ardıcıl üç həftədir qaz fyuçersləri alır

Gömrük komitəsi “Xaliq Faiqoğlu”nu nədə ittiham edir?

ABŞ Rusiya uranının idxalını qadağan edən qanun layihəsini təsdiqlədi

Zəngilanın Cahangirbəyli kəndində 30 milyonluq layihə

"Bank Of Baku" məhkəmə qarşısında

Şərab istehlakı 28 ilin ən aşağı səviyyəsinə düşdü - Ən çox hansı ölkədə içilib?

“Sea Breeze”də daşınmaz əmlaka yatırım - investorlar nələrə diqqət etməlidirlər?

İqlim dəyişikliyinin səbəbləri və yaratdığı fəsadlar

Mərkəzi Bank pul siyasətini yumşaldır – Hansı işlər görüləcək?

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Bir ilin şirkəti “tender kralı”na çevrilir

“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb ®

"Bank VTB Azərbaycan"ın depozitlərinin həcmi 25 milyon manatdan çox azalıb

Universitetdə təhsil ala bilməyənlərin asan iş tapdığı sektorlar

Altı mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

İpotekaya xitam verilən hallar genişləndi

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin