BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
16653

İndiyə qədər Azərbaycanda 421 sahibkarlıq subyektinin 504 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib.

Bu barədə Valyuta.az-a İqtisadiyyat Nazirliyindən xəbər verilib.

Məlumata görə, həmin layihələrin 59%-i sənaye, 39%-i kənd təsərrüfatı, 1%-i logistika, 1%-i isə turizm sahəsini əhatə edir. Onların reallaşdırılması nəticəsində yerli istehsala 4,58 milyard manatadan artıq investisiya yatırılacağı, 34 mindən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulur. Təşviq edilmiş layihələrin 87%-i regionların payına düşür.

İnvestisiya təşviqi sənədi verilmiş 350-dən artıq layihə fəaliyyətə başlayıb və 26 mindən artıq iş yeri yaradılıb. Fəaliyyət göstərən müəssisələr üzrə istehsal olunan məhsullar Rusiya, Gürcüstan, BƏƏ və s. ölkələrə ixrac olunur.

İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 4 188 təsdiqedici sənəd verilib, nəticədə təqribən 761,2 milyon ABŞ dolları dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal zamanı tətbiq olunan vergi və rüsumlardan azad olunub.

Təqdim edilən təsdiqedici sənədlər əsasında bir sıra Avropa ölkələrindən, həmçinin Çin, Türkiyə, İsrail və s. ölkələrdən müasir texnoloji avadanlıqlar idxal edilib.

Bütün bunların nəticəsi olaraq, qida məhsulları, içki, kağız və karton, tikinti materialları, rezin və plastmas və s. sahələr üzrə məhsullar istehsal edən yerli müəssisələrin istehsal və emal gücü artıb, onların ixracda payı əhəmiyyətli dərəcədə yüksəlib.

Bu ilin ilk 7 ayında isə 24 sahibkarlıq subyektinin 24 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 143 milyon manatadək investisiya yatırılacağı, 1300-ə yaxın yeni iş yerinin açılacağı nəzərdə tutulur. Bu dövrdə təşviq edilmiş layihələrin 83%-i regionların payına düşür.

Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 54%-i sənaye, 42%-i kənd təsərrüfatı, 4%-i isə logistika sahələri üzrə layihələri əhatə edir.

Qeyd olunan dövrdə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 68 milyon ABŞ dollarınadək texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün 332 təsdiqedici sənəd verilib.

Bu mexanizmlərin tətbiqi sahibkarlara investisiya layihələrinə daha çox vəsait yönəltməyə, istehsalın və rəqabətqabiliyyətli məhsul ixracının genişlənməsinə əlavə imkanlar yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Birotaqlı mənzillərin qiyməti niyə bahalaşır?

ARDNF-nin “Şahdəniz”dən gələn gəlirləri açıqlanıb

"Bitcoin"in cari vəziyyəti və ehtimallar

Ədalətli rəhbər necə olur?

Bakının bu məktəbində şagirdlər yay tətilinə tez buraxılacaq

Azərbaycanda BOKT digər şəxs tərəfindən satın alınıb

“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - Rəsmi açıqlama

Şəhərdə taksilər niyə yoxa çıxdı? - Sürücülər narazıdır (VİDEO)

Deputatlar 18 məsələyə görə toplaşırlar

Bitcoin və Etherium ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Bakıda vətəndaşların ölümlə üz-üzə qaldığı yol (VİDEO)

Qarabağ işğaldan azad olunandan sonra biznesi böyüyən sahibkar - MÜSAHİBƏ

Qarabağ işğaldan azad olunandan sonra biznesi böyüyən sahibkar - MÜSAHİBƏ

“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA

Avro və rubl bahalaşdı - Məzənnə

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

Şahdağa qar yağıb - Faktiki hava

1-2 otaqlı mənzillərin qiyməti bahalaşdı: “Bu tip əmlakı olanlar qeydiyyata düşə bilmirlər

Dörd rayonun qaz təchizatında fasilə yaranacaq

ChatGPT "insanlıq testində" tələbələrlə “yarışdı” – Kim daha uğurlu oldu?

Qlobal iqtisadiyyat üçün əsas risklər açıqlandı

"Sahil-A" MTK məhkəmə qarşısında

Avstraliya şirkəti müştəriləri aldatdığına görə 66 milyon cərimə ödəyəcək

Nazirlik 636 min manatlıq banket xidməti alır

Latviya aviadaşıyıcısı hakimiyyətdən Rusiyadan mal almağı yasaqlamamağı xahiş etdi

Universitet 110 min manatlıq avtomobil alır

Universitet 110 min manatlıq avtomobil alır

"Apple" ilk "iPhone Slim"i buraxmağa hazırlaşır

"RİCH MOTORS" gömrük qaydalarını pozub

Türkiyənin ixracatı İsrailə sanksiyalara görə hədəfdən aşağı düşə bilər

Hərracların Təşkili Mərkəzi ilə keçmiş işçisi arasında qalmaqal

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin