BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
16530

Tovuz rayonunda əkilmiş kartofa nadir xəstəlik düşüb.

Valyuta.az Report.a-z istinadən xəbər verir ki, bu barədə Qərb Mərkəzinə yerli fermerlər məlumat verib.

Onların sözlərinə görə, bu il bol məhsul yığsalar da, onun 30-40 %-i xəstəliyə görə xarab olub. Əvvəlki mövsümlərdə müşahidə edilməmiş bu xəstəlik kartofun bir hissəsini qaraldaraq çürüdür və tullantıya çevirir. Odur ki, sahibkarlar başa çatmaqda olan kartof mövsümünü ziyanla başa vurublar.

Fermer Mehdiyev Nizami deyir ki, icarəyə götürdüyü torpaqda kartof əkib, lakin yığıma hazır olan məhsulun xeyli hissəsinə xəstəlik düşüb:

"Demək olar ki, bu ərazilərdə kartof əkənlərin 80 %-i bu problemlə rastlaşıb. Kartofda olan bu xəstəliyin səbəbini dəqiq bilmirik. Heç bu barədə bizə mütəxəssislər də dəqiq məlumat verə bilməyirlər. Tutaq ki, bildik xəstəlik haradan və necə düşüb?! Bunun nə faydası var. Hazırda kartofu alan da yoxdur. Qiymət 30 qəpiyə düşüb, lakin kimsə yaxın gəlmir. Belə kartofu anbarda saxlamaq da mümkün deyil, qaldıqca daha da xarab olur və təmiz məhsulu da korlayır".

Sahibkar Vilayət Cəlilov isə deyir ki, xəstəliyin səbəbi kartof sahələrinə ziyanverici həşaratlara qarşı verilən dərmanların keyfiyyətsiz olmasıdır: 

"Xəstəliyə görə kartofu vaxtından əvvəl yığmağa məcbur olduq. Mənə elə gəlir ki, bu xəstəlik dərmandandır. Bu il kartofa "danadişi" əleyhinə dərman vurduq. Həmin dərmanın keyfiyyətsiz olmasına görə kartofa belə bir xəstəlik düşüb. Kartof qaldıqca xarab olur, saxlaya bilmirik, məcburi salamat qalan məhsulu dəyərindən aşağı qiymətə satırıq. Bu sahədə 30 nəfər çalışır, onların əmək haqqı ödənilməlidir. Baxıram ki, onların pulunu da ödədikdən sonra mövsümü xeyli ziyanla başa vuracağıq".

Yerli sakin Xəyal Hüseynov isə bildirib ki, xarab olmuş kartofu mal-qaraya yem olaraq verilməsi məqsədi ilə 5-6 qəpiyə satsalar da, alan tapılmır: 

"80 sot torpağım var, hamısına kartof əkmişəm. Məhsul boldur, lakin gördüyünüz kimi xəstəlik düşüb. Xəstəliyin dərmandan düşdüyünü ehtimal edirik. Demək olar ki, məhsulun yarı hissəsinə xəstəlik düşüb. Qaldıqca daha da xarab olur deyə anbarlarada da saxlaya bilmirik, məcburi satırıq. Satış qiyməti də 25-30 qəpikdir, bu da çəkilən xərci belə çıxarmır. Məncə dərman keyfiyyətsiz olub ki, kartofa xəstəlik düşüb".

Xəstəlik Tovuzun aran torpaqları olan Düz Qırıqlı, Quşçu, Dönük Qırıqlı kəndlərində və Qovlar şəhəri ərazisində əkilmiş kartofların əksər hissəsinə düşüb. Dağ kəndlərində isə kartof yığımına başlanılmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

QHT-lərə yeni cərimələr tətbiq olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin