BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
16490

Hazırda ölkədə bitki viruslarının yayılımasının əsas səbəbi idxal olunan toxumlardır.

Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev deyib.

Onun sözlərinə görə, xüsusən gömrük yoxlamasından keçməyən toxumlar təhlükə mənbəyidir: 

"AQTA ölkəyə rəsmi yollarla, gömrük nəzarətindən keçən toxumları yoxlayır, lobarator müayinə aparılır və ondan sonra həmin toxumların istifadəsinə icazə verilir. Təəssüflə qeyd etməliyik ki, ölkəyə qeyri-qanuni yollarla, əl yüklərində, poçt göndərişləri ilə və avtomobillərin yük yerlərində dövlət nəzarətindən keçmədən əkin-səpin materialları daxil olur. Bunlar AQTA-nın laboratoriyalarında müayinəyə cəlb edilmədiyindən, ölkəyə xəstəliyin daxil olmasına şərait yaranır. Müraciətlərimizdə müvafiq qurumlara bildirmişik ki, təcili bu sahədə nəzarət tədbirləri gücləndirilməlidir”. 

Onun sözlərinə görə, əks təqdirdə, ölkəmiz digər ölkələrdə baş verən təhlükələrdən sığortalanmayıb: 

“Bu yaxınlarda Azərbaycana İspaniyadan pomidor toxumları idxal olunmuşdu. Aparılan müayinələr zamanı qonur qırışıqlığı virusu aşkarlandı və dərhal həmin toxum partiyası xüsusi yollarla zərərsizləşdirildi. İspaniyanın müvafiq qurumuna bu barədə bildiriş də göndərildi. Orada da ekspertizalar təşkil edildi və virusun olması təsdiqini tapdı. Buna görə bizə təşəkkür məktubu da göndərdilər”.

Sədr müavini vətəndaşlara xaricdən toxum gətirilməsi ilə bağlı xəbərdarlıq da edib: 

"Sahibkarlara, əhaliyə müraciət olunub ki, belə toxumları ölkəyə gətirib ondan istifadə etməsinlər. Hətta belə toxumlar olarsa, AQTA-ya dərhal məlumat versinlər. Biz demirik ki, həmin toxumların hamısı virusa yoluxub, amma müayinədən keçirildikdən sonra istifadə edilməsi məqsədəuyğundur. Hətta qanunauyğundur, əks halda, bu qanun pozuntusudur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin