Aİ-98 benzini niyə bahalaşıb? – Səbəb AÇIQLANDI
Avqustun 1-dən etibarən Azərbaycanda Aİ-98 markalı benzinin qiyməti 0,05 manat artaraq 1,6 manat təşkil edib ki, bu da benzinin idxalının bahalaşması ilə əlaqədardır.
Valyuta.az xəbər verir ki, bunu Trend-ə “SOCAR PETROLEUM”-un mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli deyib.
Onun sözlərinə görə, Azərbaycan AI-98 benzinini əsasən Rumıniyadan idxal edir:
"Aİ-98 benzinin qiyməti idxalın bahalaşması ilə əlaqədar artıb. Həm də 20 gün ərzində Azərbaycanda Aİ-98 benzini satılmayıb".
O əlavə edib ki, Aİ-98 benzinin nəqlində yaranan problemlərlə əlaqədar Azərbaycan artıq bu benzini Gürcüstandan sifariş edib:
“Benzinin avqustun 4-5-də satışa çıxarılacağı gözlənilir. Bundan başqa, gələcəkdə bu cür halların qarşısının alınması üçün biz yanacaq saxlama çənlərinin sayını artıracağıq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay