BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
16376

S&P Global Ratings" ("S&P") reytinq agentliyi Azərbaycanın bank sektorunun yeni qiymətəndirməsini aparıb və "Banking Industry Country Risk Assessment" (BICRA) sisteminə görə ölkənin bank sistemini "9" qrupunda qərarlaşdırıb.

"APA-Economics"in "S&P"yə istinadən verdiyi məlumata görə, "9" qrupunda olan digər ölkələr Qazaxıstan, Türkiyə, Keniya, Vyetnam, Monqolustan, Misir və Argentinadır. Sözügedən BICRA sistemi bankın lövbərini müəyyən etmək üçün istifadə olunur və daha sonra emitentin kredit reytinqini təyin edilməsində başlıca amillərdən sayılır. Hazırda yalnız Azərbaycanda fəaliyyət göstərən banklar üçün lövbər "b+" səviyyəsindədir. "S&P"yə görə, lövbərin bu səviyyədə olması yüksək kredit riski, dövri iqtisadiyyat və bankların keçmişdə nisbətən aqressiv kreditləşmədən istifadə etməsi kimi özünəməxsus riskləri özündə birləşdirir.

Reytinq agentliyinə görə, Azərbaycan bank sisteminin güclü tərəfləri ölkənin böyük xarici aktivlərə malik olması və aşağı borclanmanın iqtisadi tənəzzüllə əlaqəli riskləri qismətən azaltmasıdır. Bundan əlavə, qlobal müqayisədə orta səviyyədə ölçülən özəl sektorun borcu və yerli maliyyə sisteminin xarici maliyyələşdirmədən asılılığının olmaması yerli bank sisteminin güclü amillərinə aiddir.

Ölkənin bank sisteminin zəif nöqtələrinə töxunan "S&P"nin analitikləri bildirir ki, COVID-19 pandemiyasından qaynaqlanan yüksək iqtisadi risklər, əmanətlərin yüksək dollarlaşmasının bank sektorunda pul və kredit risklərini artırması və qlobal müqayisədə zəif idarəçilik və şəffaflıq bank sektorunun zəif tərəfləridir.

Qeyd edək ki, iqtisadiyyatın və bank sektorunun güclü və zəif tərəfləri bir ölkənin maliyyə qurumlarının kredit qabiliyyətini dəstəkləyən kritik faktorlardır. "S&P" bu təhlili "qlobal bank sistemlərini qiymətləndirmək və müqayisə etmək üçün hazırlanmış" tək bir BICRA qiymətləndirmə sistemində təhlil edir.

"S&P"nin BICRA qiymətləndirmə sisteminə əsasən, ən aşağı riskli bank sistemləri qrup "1"də, ən yüksək riskli bank sistemləri isə qrup "10"da qərarlaşır. Qrup "1" də heç bir ölkənin olmadığı halda, qrup "2"də əsasən inkişaf etmiş ölkələr qərarlaşıb. Bunlar Avstriya, Belçika, Kanada, Finlandiya, Almaniya, Honkonq, Lixtenşteyn, Lüksemburq, Norveç, Sinqapur, İsveç və İsveçrədir. Riskə ən çox məruz və hazırda "10" qrupda qərarlaşan ölkələr isə Belarus, Nigeriya, Şri-Lanka, Tunis və Ukraynadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları dəyişdi

Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir

1274 nəfər rezidenturaya imtahan verəcək

Nazir idarə rəisini işdən çıxardı

Nazir idarə rəisini işdən çıxardı

Bəzi şəxslər universiteti bitirdikdən sonra niyə işsiz qalır?

İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq

Hicran Əyyubova direktor təyin edildi

Ləğv prosesində olan 2 bankın əmlakları hərraca çıxarılır

Şuşada müntəzəm şəhərdaxili sərnişindaşımaya icazə verilməsi qaydası müəyyənləşib

"Naxçıvan Bank"ın gəlirləri 4 milyon manatdan çox azalıb

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqləndi

“Azərikard” rəhbərinin türkiyəli müavini işdən ayrılıb

“Azərikard” rəhbərinin türkiyəli müavini işdən ayrılıb

Ölkə ərazisində nə qədər kiçik sahibkarlıq subyekti var? – Bakıda 7 minə yaxındır

Azərbaycanda bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır

Bitcoin 48 saatda 10 min manat ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Daha iki rəis müavini işdən çıxarıldı

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub

Avro və lirə bahalaşdı - Məzənnə

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər gözlənilir - Video

Azərbaycan manatının dövretmə sürəti artıb

Küləkli hava nə vaxtadək davam edəcək?

Bakının bu rayonunda qaz olmayacaq

Bakının bu rayonunda qaz olmayacaq

Azərbaycan nefti 3 %-ə yaxın ucuzlaşıb

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin