BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
16191

Kənd təsərrüfatı sahəsində savadlılığın artırılması, bu sahədə çalışan şəxslərin müasir trendlərə uyğunlaşmasının təmin edilməsi məqsədilə nazirliyin mütəxəssisləri və xarici ekspertlərin təqdimatında aqrar sahə ilə bağlı müxtəlif mövzularda təlimlər keçirilib. 

Kənd Təsərrüfatı Nazirliyindən Valyuta.az-a verilən xəbərə görə, pandemiya ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin qaydaları nəzərə alınmaqla 2020-ci ildən başlayaraq nazirlikdə onlayn təlimlərə başlanılıb. 2021-ci ilin yanvar-iyun ayları ərzində informasiya texnologiyaları, heyvandarlıq, bitkiçilik, baytarlıq, əkinçilik, tərəvəzçilik, idarəetmə və kargüzarlıqla bağlı təşkil olunan 98 təlimdə 2931 benefisiar iştirak edib. 

Eyni zamanda, əməkdaşların rəqabətqabiliyyətli inkişafını təmin etmək, idarəetmə və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirmək və yeni əməkdaşların adaptasiya prosesini sürətləndirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyində əməkdaşların təhsil və ixtisaslaşması istiqamətində xarici təşkilatlarla birlikdə addımlar atılıb. Nazirliyin xarici təşklatlarla əməkdaşlığı çərçivəsində əməkdaşlar xaricdə təhsil üzrə təqaüd proqramlarına müraciət edib və seçimlərdə qalib olanlar müxtəlif istiqamətlərdə yeni ixtisaslara yiyələnməyə başlayıblar. 

Nazirliyin Təlim və inkişaf sektoru tərəfindən müasir insan resursları alətləri mütəmadi araşdırılaraq ən son nəzəriyyələrə əsaslanan fəaliyyətlər həyata keçirilib. Bundan başqa, daxili qurumlar və əməkdaşlar arasında sorğular keçirilib, yeni ehtiyacların müəyyənləşdirilməsi istiqamətində datalar toplanılıb.

O cümlədən, Kənd Təsərrüfatı Nazirliyinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı (FAO), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətin (GİZ), İsrailin Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyi (MAŞAV) təşkilatları ilə əməkdaşlığı çərçivəsində işçi heyəti dünyada baş verən yeniliklərin, müasir yanaşma və həllərin öyrənilməsi məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlərə cəlb olunublar. 

Eyni zamanda, Təlim və inkişaf sektoru tərəfindən əməkdaşların İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC), Avropa İttifaqı, İslam Ərzaq Təhlükəsizliyi Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı (ÜTT), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi SS Komissiyası (UNECE) və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) kimi xarici və yerli təşkilatların qısamüddətli öyrənmə proqramlarında iştirakı üçün müvafiq işlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin