BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
16182

Abşeron yarımadası ətrafında dayazsulu sahəsində (AYDS/SWAP) üçüncü kəşfiyyat quyusunun (QBDX01) qazılmasına 2022-ci ilin I-ci rübündə başlanılması planlaşdırılır.

Valyuta.az xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin qazma üzrə mühəndisi Aysel Talıbova Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişi çərçivəsində kəşfiyyat qazma fəaliyyətləri (ikinci quyunun qazılması) üzrə BP tərəfindən hazırlanmış Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə versiyasının ictimai müzakirələri zamanı bildirib.

Onun sözlərinə görə, SWAP layihəsi çərçivəsində ikinci kəşfiyyat quyusunun (BHEX01) qazılmasına 2021-ci ilin IV rübündə başlanılması planlaşdırılır.

“İkici quyu üzrə qazma işlərinin təxminən 3 ay ərzində tamamlanacağı planlaşdırılır. Əlavə 1 ay müddətində də qiymətləndirmə məqsədli yan lülənin qazılması planlaşdırılır ki, bu da BHEX01 kəşfiyyat quyusunun qazılmasının uğurla tamamlanmasından sonra bir sıra hədəflər əldə edildiyi təqdirdə qazılacaq. Nəzərdə tutulur ki, logistika yaxud əməliyyatlar səbəbindən gecikmə olduğu təqdirdə, əvvəlki təcrübəyə və ən yaxşı hesablamalara əsasən 2 ayadək gecikmə baş verə bilər”, – deyə mühəndis qeyd edib

Şirkət rəsmisi əlavə edib ki, layihə çərçivəsində birinci quyunun (NKX01) qazılmasına cari ilin III-cü rübündə başlanılacaq.

Qeyd edək ki, SWAP layihəsi üzrə neft ehtiyatlarının olması ehtimal edilir. Sözügedən sahədə qazma işləri Azərbaycana gətirilən Qazaxıstanın "Satti" qazma qurğusundan (modifikasiyadan sonra) aparılacaq.

Rövşən Ziya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Nazirliklərin avtomobilləri hərracda satılır - Məbləğlər

Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi ®

Azərbaycanın neft bitumu ixracından əldə etdiyi gəlir 10 dəfə azalıb

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi (FOTO)

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi (FOTO)

Ötən ay 62 nəfərin diplomu tanınmayıb

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Startaplar bir-birinə dəstək verməlidir – İki tərəfə də qazanc gətirən metod

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında külək enerjisi ilə bağlı müqavilə imzalanıb

Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

Ağdamın Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinə köç ilin sonuna qədər başlayacaq

Ölənə qədər işləyənlər – Onlar neçə saat artıq işləyiblər?

Rəis ifadəsi üçün Bakıya gətirilib – Gömrük İdarəsində əməliyyat

Rəis ifadəsi üçün Bakıya gətirilib – Gömrük İdarəsində əməliyyat

Hansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır?

Şənbə gününün hava proqnozu

Sağa və sola qırmızısı olmayan işıqforlar – şikayət və cərimə mənbəyi

Sağa və sola qırmızısı olmayan işıqforlar – şikayət və cərimə mənbəyi

Azərbaycanda 5 ulduzlu hotellərdə orta qiymət 46%-dən çox artıb

Kəlbəcər şəhərinin ümumi yaşayış fondu 488 min kvadratmetr təşkil edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin