Energetika
28.07.2021 / 10:57
“AÇG" yataqlarından əldə edilən gəlirlər nə qədər artıb? - ARDNF
16133
Bu ilin birinci yarısında Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) "Azəri-Çiraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 2 miyard 354,1 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Valyuta.az-a ARDNF-dən məlumat verilib.
Məlumata görə, bu gəlir illik müqayisədə 6,7% çoxdur.
Ötən ilin müvafiq dövründə sözügedən göstərici 2 206 mln. dollar səviyyəsində idi.
Fondun AÇG yatağı üzrə əldə olunan ümumi gəlirləri (2001-ci ildən etibarən) 151,759 mln. dollar (01.07.2021 tarixinə) təşkil edib.
Xatırladaq ki, ötən il (01.01.2020 – 01.01.2021 tarixinə) ARDNF AÇG blokundan əldə etdiyi gəlirləri 3 522,7 mln. ABŞ dolları təşkil edib.
Rövşən Ziya
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay