Yaxın gələcəkdə yerli istehsal hesabına ting idxalının qarşısı alınacaq - AÇIQLAMA
Yaxın gələcəkdə yerli istehsal hesabına Azərbaycana xaricdən ting idxalının qarşısı alınacaq.
Valyuta.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Çayçılıq və Meyvəçilik Elmi-Tədqiqat İnstitunun direktoru İlham Qaraqurbanlı jurnalistlərə açıqlamasında bildirib.
Direktor qeyd edib ki, KTN-nin tabeliyindəki institutlar və elmi-tədqiqat mərkəzlərinin, həmçinin tingçiliklə məşğul olan fərdi sahibkarların son illərdə bu sahədə əldə etdiyi nailiyyətlər bunu deməyə əsas verir.
Onun sözlərinə görə, yaxın gələcəkdə fermerlərin sağlam əkin materialları ilə tam təminatında heç bir çətinlik olmayacaq.
İlham Qaraqurbanlı dünyada hər hansı bir sahənin innovasiyalarsız təsəvvür etməyink mümkün olmadığını diqqətə çatdırıb:
“Qloballaşan kənd təsərrüfatı sektorunda da nailiyyətlərin əldə olunması məqsədilə innovativ texnologiyalardan geniş istifadə etmək qarşıya qoyulan əsas məqsədlərdəndir. Aqrar sahədə innovasiyaların tətbiqi gəncləri səfərbər etməyə imkan verən vacib vasitələrdən biridir. Gənclərin innovasiyalara meyilli olması onları bu sektorla maraqlanmağa sövq edir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay