BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
16075

Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində dövlət baytarlıq sistemində çalışan baytarların özəl xidmətə hazırlanması məqsədilə təlimlərə başlanıb.

Kənd Təsərrüfatı Nazirliyindən Valyuta.az-a verilən məlumata görə, özəl baytarlıq xidmətinə keçid prosesinə Azərbaycan Respublikasının Prezidentininin 22 aprel 2020-ci il tarixli “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 998 nömrəli Fərmanı ilə start verilib. 

Prosses bu gün mövcud olan və dövlət büdcəsindən maliyyələşən 798 sahə baytarlıq məntəqəsində çalışan 1624 sahə baytar həkimini əhatə edir. Özəl xidmətə keçiddən sonra profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan tədbirləri (peyvəndlənmə, qan nümunələrinin toplanması, və s.) baytar həkimlər əmək müqaviləsi ilə yox, xidməti müqavilə və təsdiq edilmiş preyskurant əsasında həyata keçirəcəklər. Bundan əlavə, fermerlərin öz vəsaitləri hesabına maliyyələşən digər müalicə və profilaktika tədbirləri baytarlarla fermerlər arasında müəyyən razılaşma əsasında ödənişli həyata keçiriləcək.

Sahə baytarlıq məntəqələrinin özəlləşdirilməsinin məqsədi bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq baytarlıq xidmətlərinin rəqabətliliyini artırmaq və bununla da fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.

“Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsinin baytarlıq üzrə eksperti Məsud Xatibi bildirib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tövsiyələrinə uyğun olaraq həyata keçirilən bu dövlət siyasəti heyvanlar arasında xəstəliklərin azaldılmasına və bununla gələcəkdə heyvan xəstəliklərinə sərf edilən büdcə xərclərinin qənaətinə, baytarların bilik və bacarıqlarının artırılmasına və daha yüksək gəlir əldə etmələrinə, baytarlıq fakültəsini yeni bitirmiş məzunların işlə təminatının asanlaşmasına yönəlib: 

“Bununla yanaşı, baytarlıq peşəsinin hüquqi müdafiəsinin təmin edilməsi məqsədilə baytarlıq statuar orqanının - Baytarlıq Palatasının yaradılması da nəzərdə tutulur. Palata baytar həkimlərin və texniklərin səlahiyyət və etik professional davranış standartlarına nəzarətin həyata keçirilməsini, baytar həkimlərinə lisenziyaların verilməsi, yeni biliklərə nail olunması üçün mütəmadi təlimlərin keçirilməsi, baytarlıq fakültəsinin tədris proqramına təhsillə əlaqədar yeniliklərin əlavə edilməsi, normativ və inzibati prossedurların aparılması və qeydiyyatı kimi işlərin həyata keçirilməsinə imkan yaradacaq”.

Təlimlər hər rayonda 3 gün olmaqla, 52 rayonda keçiriləcək. COVID-19 pandemiyası ilə əlaqədar dərslər 10 nəfərdən ibarət qrupları əhatə edəcək və ümumilikdə təlimlərdə 1416 baytar həkim iştirak edəcək. Təlimlərdə baytar həkimlərinə xəstəliklərlə yeni mübarizə üsulları, istifadə olunan yeni növ dərman preparatları barədə, eləcə də sahibkarlıq və biznes fəaliyyətinin təşkili mövzularında məlumat veriləcək. Təlimçilər Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim heyətindən, baytarlıq sahəsində beynəlxalq təcrübəsi olan mütəxəssislərdən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təcrübəli təlimçilərdən seçilib.

Təlim keçmiş bütün sahə baytar həkimləri özəl fəaliyyət göstərmək üçün layihə tərəfindən lazım olan baytarlıq ləvazimatı və avadanlıqlarla təmin olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin