BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.9216
  • RUB
    2.0775
  • TRY
    0.0441
  • GBP
    2.2624
15965

"Bu ilin ilk yarısında Azərbaycanda iqtisadi artım bərpa olunaraq 2,1 %-ə çatıb".

Valyuta.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, artım qeyri-neft-qaz sənayesində 16,6 %, bitkiçilikdə 8,9 %, heyvandarlıqda 2,4 %, informasiya və rabitə xidmətlərində 5,5 % və pərakəndə ticarət dövriyyəsində 1,7 % olub: 

“Bu il dünyada sənaye artımı 3,5 % proqnozlaşdırıldığı halda, Azərbaycanda qeyri-neft sənayesinin 16,6 % artması təqdirəlayiqdir. Azərbaycanda iqtisadi artımın əsas drayveri qeyri-neft sənayesidir. Ümumiyyətlə, qeyri-neft sektorunda 5,1 %-lik artım qeydə alınıb. Bu dövrdə manatın məzənnəsi sabit qalmış, inflyasiya isə 4,3 %-ə çatmaqla Mərkəzi Bankın müəyyənləşdirdiyi koridorda olub. Baxmayaraq ki, dünya bazar qiymətlərinin yüksəlməsilə idxal inflyasiyası təzyiqi yaranıb, mәzәnnә, pul tәklifi vә faiz dәrәcәlәrindən istifadə etməklə qiymətlərin sabitliyi qorunur. Həm dövlət büdcəsinin, həm də cari əməliyyatlar hesabının profisitdə olması, həmçinin strateji valyuta ehtiyatlarının dövlətin xarici borcunu altı dəfə üstələməsi makroiqtisadi sabitliyin fundamental əsasları sayıla bilər. Qeyri-neft sektoru üzrə ixrac ilk beş ayda 25,8 % və Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinin gəlirləri qeyri-neft sektorundan ilk altı ayda 9,5 % artıb. Fiskal vә monetar siyasәtin səmərəli koordinasiyası makroiqtisadi sabitliyi təmin edir”.

V.Qasımlı bildirib ki, Azərbaycan iqtisadiyyatı Qarabağın reinteqrasiyası və regional kommunikasiyaların açılması perspektivi, habelə ölkənin müdafiə və rəqabət qabiliyyətinə qarşı yeni tələblərin müəyyənləşməsilə yeni miqyas və keyfiyyət dəyişikliyi ərəfəsindədir:

“Artıq Qarabağda minalardan təmizlənmə yeni vüsət alıb, müasir şəhərsalma prosesi tam sürətlə gedir, “ağıllı yaşayış” məntəqələri, salınır, aqrobiznes, dağ-mədən, tikinti, nəqliyyat-logistika, xidmət sferaları bərpa olunur. İşğaldan azad olunan ərazilərdə yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları regional ixtisaslaşmanı dərinləşdirməklə, idarəetmənin səmərəliliyinin artırılması və tarixi ədalətin bərpası baxımından əhəmiyyətlidir. Xüsusən, Şərqi-Zəngəzurun nəqliyyat-logistika qovşağı kimi “Zəngəzur dəhlizi” perspektivi ilə tamamlayıcı olmasınının böyük siyasi, iqtisadi və tarixi əhəmiyyəti var”.

Onun sözlərinə görə, Azərbaycanın maliyyə-bank sektorunda böhrandan sonra sabitləşmə davam edir, likvidlik və kapital adekvatlığı yüksək səviyyədədir:

“İlin əvvəlindən kredit qoyuluşları 3,3 %, depozitlər 7,7 %, əhalinin əmanətləri 5,3 % və bankların xalis xarici aktivləri 10,3 % artıb. Bu il pul siyasәtinin əsas istiqamətləri manatın və qiymәtlərin sabitliyi, monetar siyasәtin effektivliyi, maliyyә sektorunun sabitliyinin tәmin edilmәsi və requlyativ güzәştlәrdәn istifadә etməklə iqtisadiyyatın post-pandemiya dövründə canlanmasına dəstək verməkdir”.

V.Qasımlı qeyd edib ki, ölkənin post-konflikt quruculuğu beynəlxalq miqyasda da yüksək qiymətləndirilib:

"Bu il Azərbaycan “Doing Business” hesabatında 34-cü yerdən 28-ci yerə, “İqtisadi azadlıq indeksi” hesabatında 44-cü yerdən 38-ci yerə və “Qlobal kibertəhlükəsizlik” hesabatında 55-ci yerdən 40-cı yerə yüksəlib. IMF-nin missiyası hesab edir ki, Azərbaycan hökuməti cəld hərəkətə keçərək, xarici şokların təsirini yumşaldıb. Bundan sonra iqtisadi siyasətin hədəfi özəl sektorun inkişafı, biznes mühitinin daha da yaxşılaşması, idarəetmə və şəffaflıq sahəsində islahatların davam etdirilməsi, həmçinin maliyyəyə çıxışın yaxşılaşması hesabına iqtisadi şaxələnmənin dərinləşməsi və iqtisadiyyatın şoklara dayanıqlılığının yüksəldilməsi olmalıdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yol-nəqliyyat hadisələrinin gizli səbəbləri: "Qəza şəraitini yaradan" kimlərdir?

Ölkəmizə gələn turistlərin sayı azalıb?

Qafqazda kazino biznesi necə inkişaf edir?

Azərbaycanda nazirlik ilk dəfə banklara büdcə vəsaiti ayırdı: Sadə vətəndaş bundan nə qazanacaq?

Azərbaycanda nazirlik ilk dəfə banklara büdcə vəsaiti ayırdı: Sadə vətəndaş bundan nə qazanacaq?

Amerikalı hakim "Apple"ı məhkəmə qərarını pozmaqda ittiham etdi

Azərbaycan komandası “TECHNOFEST-2025”də birinci yer tutub

Balakəndəki unikal abidə ilə bağlı sirr - Dünyanın nadir tarixi abidələrindən biri

Azərbaycanda nikahda rekord artım: Sevgi, qorxu, yoxsa qanun?

Cəlilabadda güclü yağışlar qədim yaşayış məskənini üzə çıxartdı

“Uber”robot taksilərə keçir

“Uber”robot taksilərə keçir

Çin elektromobilləri dünyanı ələ keçirir: ABŞ şirkətləri sağ qalacaqmı?

Bakı metrosunda enerjinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb (YENİLƏNİB)

Türkiyə parlamentinin sədr müavini vəfat etdi

Toy avtomobilləri bazarında sürpriz qiymətlər: Qiymət nə qədərdir? (VİDEO)

Eldar Əzizovun yaxın adamının 4 milyonluq sifariş verdiyi sirli şirkət kimindir?

Bakıda tikiləcək 10 yeni metro stansiyasının DƏQİQ YERLƏRİ müəyyənləşdirilib

Bakıda tikiləcək 10 yeni metro stansiyasının DƏQİQ YERLƏRİ müəyyənləşdirilib

Lotereyada 167,3 milyon dollar qazanan kişi polisə hücuma görə həbs olundu

Elektrik enerjisindən gəlirlər azaldı

Bakıda evlər buna görə bahalaşır

Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ

"WhatsApp Web" üzərindən səsli və görüntülü zəng etmək mümkün olacaq

Gəliri toxuculuqdan çıxan görmə imkanı məhdud şəxs: "Ən çox görmək istədiyim körpə qızımdır"

Bakıda bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Qocalar evində neçə ahıl yaşayır?

"TikTok"un baş icraçı direktoru öz övladlarına tətbiqdən istifadə etməyə icazə vermir - SƏBƏB

"TikTok"un baş icraçı direktoru öz övladlarına tətbiqdən istifadə etməyə icazə vermir - SƏBƏB

Azərbaycanda ŞOK ƏMƏLİYYAT: Casus tələbələr ələ keçdilər - Prorektoru da zəhərləmək istəyiblər

Baş Dövlət Yol Polisi İdarəsindən səfərə hazırlaşan sürücülərə MÜRACİƏT

Hərbçimiz vəfat edib - FOTO

Leysan olacaq, şimşək çaxacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin