BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
15925

İyul ayının ortalarından etibarən koronavirusa yoluxma statistikasında artım müşahidə olunur. Demək olar ki, artıq hər gün COVID-19-a yoluxanların sayı 200-ə yaxın, yaxud daha yuxarı olur. Üstəlik aktiv xəstə sayı da artır. Bu isə cəmiyyət arasında sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı müzakirələrə yol açıb. 

Ötən gün baş nazir Əli Əsədovun toy və mərasimlərdə qaydalara əməl olunmaması ilə bağlı fikirləri də bu müzakirələri müəyyən mənada alovlandırıb.

Maraqlıdır, qarşıdakı aylarda sərt karantin rejiminin tətbiq edilməsi ehtimalı varmı?
İlkin qapanmalar hansı sahələr üzrə ola bilər? 

 

Valyuta.az xəbər verir ki, mövzu ətrafında Sfera.az-a danışan deputat Fazil Mustafa hazırkı məqamda sərt karantin rejiminin tətbiqinin uyğun olmadığını bildirib. 

Deputat yoluxmanın artmasına səbəblərdən biri kimi həftəsonu ictimai nəqliyyatın işləməməsini göstərib:

"Karantin rejiminin pozulması ilə bağlı narazılıqlar adətən toy və yas mərasimləri ilə bağlıdır. İnsanlar elə düşünür ki, pandemiya bitib və karantin qaydalarına əməl etmirlər. Vətəndaşı başlı başına buraxsan, təbii olaraq qaydalara əməl etməyəcəklər. Çünki bizdə hüquqa, qaydaya sayğı məsələsində həmişə problem olub. Bu baxımdan nəzarət mexanizmi gücləndirilməlidir. Ancaq hədsiz qapanma da vətəndaşalara xeyli ziyan vura bilər. Vətəndaşa ən çox ziyan vuran və yoluxmanın artmasına səbəb olan əsas amil ictimai nəqliyyatın bayram günləri, həftəsonu çalışmamasıdır. Bu qərar daha çox taksi şirkətlərinin marağına uyğundur və insanlar düşünür ki, hansısa taksi şirkətinin marağına görə belə qərar verilib. İlk olaraq bu qərarı ləğv etmək lazımdır". 

Deputat toyların keçirilmə müddətinin 2-3 saatadək endirilməsini təklif edib:

"Toylarla bağlı Operativ Qərargahın müəyyən etdiyi qərar qeyri-müəyyəndir, bu baxımdan toylarda özbaşınalıqlar müşahidə olunur. Qaydada vaxt və qonaq sayı ilə  bağlı 50 nəfərlik birdəfəlik limit qoyulsaydı, bu cür vəziyyət yaranmazdı. Əgər bir toy 6 saat davam edirsə, təbii olaraq yoluxma sayı artacaq. Bu baxımdan toyların keçirilmə vaxtı 2-3 saata endirilməlidir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Rusiyada kürünün məcburi etiketlənməsinə başlanıldı

Qalmaqallı şirkət 25 min manat cərimələnə bilər

Çin karbon emissiyalarını azaltmaq vədinə əməl etməkdə çətinlik çəkəcək

2 şirkət barədə protokol tərtib edilib

Argentina Konqresi iqtisadiyyata nəzarətin prezident Mileyə verilməsini təsdiqlədi

“ATEK Uniform” məhkəmə qarşısında

"Amazfit" smart üzüyü mayın ortalarında təqdim ediləcək

İnvestorlar ardıcıl üç həftədir qaz fyuçersləri alır

Gömrük komitəsi “Xaliq Faiqoğlu”nu nədə ittiham edir?

ABŞ Rusiya uranının idxalını qadağan edən qanun layihəsini təsdiqlədi

Zəngilanın Cahangirbəyli kəndində 30 milyonluq layihə

"Bank Of Baku" məhkəmə qarşısında

Şərab istehlakı 28 ilin ən aşağı səviyyəsinə düşdü - Ən çox hansı ölkədə içilib?

“Sea Breeze”də daşınmaz əmlaka yatırım - investorlar nələrə diqqət etməlidirlər?

İqlim dəyişikliyinin səbəbləri və yaratdığı fəsadlar

Mərkəzi Bank pul siyasətini yumşaldır – Hansı işlər görüləcək?

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Bir ilin şirkəti “tender kralı”na çevrilir

“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb ®

"Bank VTB Azərbaycan"ın depozitlərinin həcmi 25 milyon manatdan çox azalıb

Universitetdə təhsil ala bilməyənlərin asan iş tapdığı sektorlar

Altı mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

İpotekaya xitam verilən hallar genişləndi

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin