BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
15597

Son 2 ildə Türkiyədə milli valyutanın kəskin ucuzlaşmasına baxmayaraq bu ölkədən idxal edilən geyim malları Azərbaycanda olduqca yüksək qiymətə satılır. Türkiyə və Azərbaycanın pərakəndə satış bazarında mövcud olan qiymətlərin müqayisəsi göstərir ki, bir çox geyim növlərində qiymət fərqi 3-4 dəfəyə çatır. "Qardaş ölkə”də 10 manata satılan geyim malları ölkəmizdə 30-40, hətta bəzi hallarda 50 manata satılır.
 
Valyuta.az Sfera.az-a istinadən bildirir ki, Azərbaycana idxal edilən geyim mallarının təxminən yarısı Türkiyədən gətirilir. 2021-ci ilin yanvar-may ayları ərzində 100 milyon dollara yaxın geyim malları idxal olunub ki, bunun da 49,1 milyon dolları Türkiyədən alınıb.
 
İqtisadçı-ekspert Nazim Bəydəmirli açıqlamasında bildirdi ki, türk geyim mallarının mənşə ölkə ilə müqayisədə Azərbaycanda bir neçə dəfə baha satılması sahibkarlarla bağlı olan məsələ deyil. 

Ekspertin fikrincə, qiymətlərdə yaranan kəskin fərq Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlıdır: 

"Əgər qiymətlərin formalaşması yalnız biznes adamlarından asılı olsaydı kəskin qiymət fərqi yaranmazdı. Biznes rəqabəti sevir və rəqabət olan yerdə də qiymətlər daha əlverişli olur. Qiymətlərin kəskin fərqlənməsinin yeganə səbəbi gömrük orqanlarının apardığı fiskal siyasətdir.

Gömrük Komitəsi proqnoz göstəricilərini artırmaq məqsədilə idxal edilən mallar üzrə bəyannamə qiymətini şişirdir və nəticə etibarilə süni qiymət artımı yaradılır. Buna qarşı sahibkarlar öz etirazlarını vaxtaşırı bildirir. Amma etirazlar nəticə vermir, əksinə, idxal edilən mallar günlərlər, həftələrlə, gömrük anbarlarınada saxlandığından sahibkarların xərcləri artır”.

Onun sözlərinə görə, gömrük orqanlarının bu cür davranışı sahibkarların mənfəətlə işləməsini əngəlləyir, faktiki olaraq sahibkarların gələcək gəlirləri gömrükdə öncədən alınır:

“Beləliklə, qiymətlərə təsir edən əsas səbəblər dövlətin müəyyənləşdirdiyi tariflərlə bərabər gömrük orqanının apardığı siyasətdir. Çox təəssüf edirəm ki, Azərbaycanda istehsal edilməyən mallar ölkə bazarına daxil olan zaman belə süni maneələri aşmağa məcbur olur”.

N.Bəydəmirli qeyd etdi ki, idxal edilən malların üzərinə gələn vergi, rüsum və digər gömrük xərcləri sonradan vətəndaşlar ödəyir. 

Ekspert dedi ki, qiymətlər yüksəldikdə vətəndaşlarda narazılıq artır, qiymətlərin yüksək olması ilə bağlı şikayətlər olur.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin