İnşaat və əmlak
14.07.2021 / 09:19
Bakıda torpağın qiyməti ucuzlaşdı
15556
Bakıda ötən illə müqayisədə torpağın qiyməti ucuzlaşıb.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.
Ekspert deyib ki, ötən ilin iyun ayı ilə müqayisədə torpağın qiymətində 10.22 % ucuzlaşma müşahidə edilib, lakin bu ilin iyun ayında torpaq qiymətləri 0.49 % bahalaşıb.
“Bakıda fərdi yaşayış və bağ evlərinin qiyməti bahalaşıb. Belə ki, iyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin satış qiyməti 3.8 faiz, ötən illə müqayisədə isə 7.33 faiz bahalaşıb”, - deyə , N.İbrahimov qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay