BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.9308
  • RUB
    2.0666
  • TRY
    0.0447
  • GBP
    2.2463
15420

Son dövrlər “kölgə iqtisadiyyatı”nın azaldılması və biznes subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində sahibkarlıq subyektlərinin iqtisadi dövriyyələrinin artması istiqamətində müsbət nəticələr müşahidə olunur.

Dövlət Vergi Xidmətindən Valyuta.az-a verilən məlumata görə, bu sahədə aparılan mühüm tədbirlərdən biri də vergi və gömrük orqanları tərəfindən üçüncü şəxslər üçün mallar idxal edən vergi ödəyicilərinin müəyyən edilməsi və qanunvericilikdə nəzərdə tutulan formada mal sahiblərinə təqdim olunması istiqamətində birgə nəzarət tədbirləridir.

İyul ayında aparılan belə nəzərət tədbirlərindən biri zamanı "SEYF ELAKE" MMC-nin üçüncü şəxslər üçün malların idxalını həyata keçirdiyi və Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilmiş 09.12.2019-cu il tarixli 1000/05/001 nömrəli Qaydaların 3.1.2-ci bəndinə əsasən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarının sahəsi və mövcud şəraiti idxal edilən malların həcmi və növü ilə uyğunluq təşkil etməməsi səbəbindən risklərin olduğu müəyyən edilib. 

Belə ki, vergi ödəyicisinin anbar olaraq qeydiyyata qoyduğu təsərrüfat subyektinin çoxmərtəbəli yaşayış binasında mənzil olması, idxal edilən malların həmin ünvanda saxlanılmasının mümkün olmadığını göstərir.

Birgə nəzarət tədbirlərinin davam etməsinə baxmayaraq, həmin müəssisəyə aidiyyəti (rəhbər və ya etibarnamə üzrə nümayəndə) olmayan vətəndaş Məmmədov Rəşid Mustafaqulu oğlu tərəfindən malların gömrük ərazisindən çıxarılmasına cəhd edilib. 

Bu zaman R.Məmmədov vergi orqanı əməkdaşlarının ünvanına nalayiq və təhqiramiz ifadələr işlədib, Dövlət Vergi Xidmətinin Dövlət Gömrük Komitəsinə ezam olunmuş texniki işçisi Məmmədov Şahir Nadir oğlu ilə mübahisə edib. Həmin proses zamanı əsassız videoçəkiliş edən R.Məmmədov özünün qanunsuz hərəkətləri olan hissələrini gizli saxlamaqla videonun yalnız sonluğunu sosial şəbəkələrdə yayımlayıb.

"SEYF ELAKE" MMC-nin rəhbəri İsmayilova Nərminə Mais qızı vergi orqanına dəvət edilərək aşkar olunmuş nöqsanlar ona izah edilib. Qeyd olunan nöqsanlar müəssisənin rəhbəri tərəfindən qəbul edilib və aradan qaldırılacağı bildirilib. Daha sonra birgə eyniləşdirmə tədbiri yekunlaşdırılaraq malların gömrük nəzarətindən buraxılması təmin edilib.

Dövlət Vergi Xidməti bildirir ki, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təhvil verilməsinə, saxlanılacağı təsərrüfat subyektlərinin düzgün göstərilməməsinə yol verilmir və bu kimi hallar qanunvericiliyin pozulmasına gətirir. “Kölgə iqtisadiyyatı”nın artmasına şərait yaradan belə halların qarşısının alınması istiqamətində aidiyyəti orqanların birgə fəaliyyəti bundan sonra da davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"iPhone 16 Pro" reklamlarında süni intellekt vurğusu niyə arxa plana keçdi?

"Türk Med Medical Center" cərimələndi

Britaniyada "Google"a qarşı 5 milyard funt-sterlinqlik iddia qaldırıldı

“Azərişıq” Füzulidə üç kəndə işıq çəkəcək - 1 milyonluq layihə

Yük avtomobili istehsalı 7 dəfədən çox azalıb

Qiymət bahalaşdı, istehsal azaldı

Nizamnamə kapitalı 0 olan şirkətin 100 mindən çox borcu var

Nizamnamə kapitalı 0 olan şirkətin 100 mindən çox borcu var

UFAZ-ın 129 min manatlıq tenderi ləğv edildi

Ümumi istehsal 15% artsa da, geyim istehsalı hələ də aşağıdır

200 manatlıq şirkətin 188 min vergi borcu var

Çinin Trampa qarşı ticarət müharibəsində yeni silahı: 7 "kiçik çubuq"

Bir ildə 23 satınalma müqaviləsi bağlayan şirkətin 17 min manat vergi borcu var

Medvedev şirkətlərindən 8 milyard qazandı, pulu "gizli bağ evi"nə xərclədi

Xəstəxanadan deputata məxsus olduğu deyilən şirkətə 123 min manatlıq sifariş

Bu tekila və viskilər saxta imiş - FOTOLAR

Hidrometrologiya Xidməti: Bakıda hazırda yağıntının miqdarı normadan 2 dəfə çoxdur

Bu ərazilərdə qaz kəsiləcək

AQTİ-nin maliyyə hesabatları yoxlanılacaq

Prezident onlara yeni vəzifə verdi - SİYAHI

Prezident onlara yeni vəzifə verdi - SİYAHI

100 illik ayaqqabı markası müflis oldu

AZAL: "2032-ci ilə qədər aviaparka yeni “Airbus” və “Boeing” təyyarələri daxil olacaq"

Külli miqdarda borcu olan şirkət bağlandı

Mərkəzi Bank daha bir elektron pul təşkilatına lisenziya verdi

AYNA: Bu il Azərbaycana 100-dən artıq avtobus gətiriləcək

"OpenAl" tamamilə yeni sosial şəbəkəyə hazırlaşır: Nələr məlumdur?

Səhmlərdən əldə edilən gəlirin vergiyə cəlb olunmasında YENİLİK

“Aqrarkredit”ə məxsus torpaq və evlər satışa çıxarılır - 5350 manatdan başlayan qiymətlər

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin edildi

“Azər Türk Bank” kredit faizlərini artırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin