BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.9265
  • RUB
    2.1007
  • TRY
    0.0438
  • GBP
    2.2837
14814

“Qəbul zamanı testə düşən suallarla bağlı bəzi məqamlar bizi narahat edir”.

Bu fikirləri təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin müzakirələri zamanı deyib.

Qəbul imtahanlarındakı sualların Təhsil Nazirliyini narahat etməsinin əsas səbəbi nədir?

 

Valyuta.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov Modern.az-a deyib ki, son illər qəbul imtahanlarında istifadə edilən test tapşırıqları orta ümumtəhsil məktəblərinin proqramlarında şagirdlərə verilən biliklərin məzmunundan daha fərqli formatda təqdim edilir:

“Bunun səbəbi isə orta məktəblərdə çalışmayan kadrların test tapşırıqlarını hazırlamasıdır.

Digər ən vacib məqam isə test tapşırılarındakı distraktorların şagirdlərin yaş xüsusiyyətlərindəki psixologiyasına uyğun olmamasıdır. Yəni test tapşırıqları hazırlanan zaman şagirdlərin daha çox diqqət və yaddaş bacarıqları yoxlanılırsa, orta ümumtəhsil məktəblərinin tədris proqramında tamamilə fərqli - minimum biliklər, eyni zamanda cəmiyyətdə onun üzləşəcəyi problemli situasiyalardan çıxış bacarıqları yoxlanılır. Bu səbəbdən hesab edirəm ki, test tapşırılarının məzmunu və strukturu ilə bağlı müəyyən sadələşdirmələr aparmaq lazımdır. Son illər imtahanda istifadə edilən test tapşırıqlarının modelləri qəlizləşib. Şagirdlərin bilikləri deyil, yaddaşları yoxlanılır”.

Ekspert təhsil nazirinin məsələyə doğru yanaşdığını qeyd edib:

“Emin Əmrullayev bu fikri səsləndirməkdə çox haqlıdır. Biz imtahan zamanı  düzgün yoxlama və ölçmə alətlərindən istifadə etmirik. Hesab edirəm ki, qəbul imtahanlarında sualların modellərində müəyyən qədər sadələşdirmə aparmalıyıq ki, hər bir abituriyent üçün ali məktəblərə qəbul olmaq rahat olsun”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabah Bakının bu küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Təsadüfi fikri onu milyarder etdi

İdarə rəhbəri işdən çıxdı - Yeni təyinat

May ayının pensiyaları ödənildi

Mərkəzi Bankın yeni inzibati binasının inşasına 477 milyon manatdan çox pul xərclənib

Mərkəzi Bankın yeni inzibati binasının inşasına 477 milyon manatdan çox pul xərclənib

“Azərxalça”dan Aydan Salahovaya 100 min manatlıq sifariş

Qızıl dövr bitdi - Yeni dəyişiklik onların cibinə necə təsir edəcək?

Sürücülərin nəzərinə: Cərimələrlə bağlı yenilik olacaq

Gündə 1000 000 000 dollar qazanırlar - FOTO

"Apple"ın qapalı ekosistemi çatlayır: "Siri" üçün təhlükə zəngləri çalır

Şahin Əliyev yeni vəzifəyə təyin olundu

"Android 16" fotolarınızın üzərinə "yağış yağdıracaq"

TuranBank “Yaşıl ASAN” proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub®

İmkansızı hesabladılar: Pi ədədinin 300 trilyonuncu rəqəminə çatıldı

Dünyada ən çox hansı markanın qulaqlıqları satılır? - Açıqlandı

Xocalı aeroportunun yenidən fəaliyyətə başlaması təklif olunub

Xocalı aeroportunun yenidən fəaliyyətə başlaması təklif olunub

Bakıda icra başçısı məktəb direktorunu özünə müavin təyin etdi

II Türk Ticarət Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib

Bu şəxslər diplomatik pasport əldə edə biləcək

Vergi ödəyicilərin nəzərinə: Müddət qısaldılır

Ən az plan yeri bu qrupa verildi

Sabah 27 dərəcə isti olacaq

"Dövlət qiymətli kağızlar bazarı 2018-ci ildən bu günə qədər 9 dəfə artıb"

Məleykə Abbaszadədən abituriyentlərə XƏBƏRDARLIQ

“AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı

Harvard xarici tələbələri qəbul edə bilməz, universiteti tərk etməlidirlər - Qərar

Harvard xarici tələbələri qəbul edə bilməz, universiteti tərk etməlidirlər - Qərar

Prezident bu ölkələrin DİN rəhbərlərini qəbul etdi - Fotolar

"Throne" startapı ağıllı tualet qurğusu ilə 4 milyon dollar investisiya cəlb edib - Üstünlükləri

“Azercell" 36 000 manata mobil nömrələr satışa çıxardı - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin