BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
14162

Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondu əkin sahələrindəki yanğınlarla bağlı fermerlərə müraciət edib.

Valyuta.az xəbər verir ki, müraciətdə, son günlər ölkənin müxtəlif bölgələrində açıq sahələrdə yanğınlar baş verməkdə olduğu qeyd edilir. 

Bildirilir ki, belə yanğınlar respublikanın Xaçmaz, Siyəzən, Quba, Qusar, Şabran, Lənkəran,  İmişli, Sabirabad, Bərdə, Tovuz, Neftçala rayonlarında qeydə alınıb. 

Yanğınlar Siyəzən rayonunun rayonun Sədan, Məşrif, Balaca Həmyə və Qalaaltı kəndlərinin yaxınlığında, Xaçmaz rayonunun Nabran qəsəbəsi, Quba rayonunun Sofikənd kəndində və digər ərazilərdə baş verib.

Yanğınlar müxtəlif ərazilərlə yanaşı, açıq sahələrinə, o cümlədən əkin sahələrinə yayılıb. Nəticədə biçilmiş və biçilməmiş əkin sahələri yanıb, əkinçiliklə məşğul olan fermerlərə ziyan dəyib.

KTN və ASF ölkə fermerlərinə və əkinçiliklə məşğul olan sahibkarlara müraciət edərək əkin sahələrini sığortalamağa çağırır. 

Fond bildirir ki, ölkəmizdə bir neçə ay əvvəldən tətbiq edilən aqrar sığorta istənilən səbəbdən baş verən yanğın nəticəsində əkin sahələrinə dəyən zərəri qarşılayır.

Fermerlər olduqca sərfəli şərtlərlə, cüzi məbləğ ödəməklə əkin sahələrini yanğınla yanaşı, digər əsas risklərdən də sığorta edə bilərlər.

Belə ki, hazırda yanğınların tez-tez baş verdiyi Şimal bölgəsində taxıl sahələrinin hər hektarını orta hesabla 7 manata sığortalamaq olar. Ölkənin digər ərazilərində də əkin sahələrini sərfəli şərtlərlə sığortalamaq mümkündür.

Hadisə baş verdikdə sığorta ödənişi isə lazımi sənədlər təqdim edildikdən sonra cəmi 7 gün ərzində həyata keirilir.

Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondu fermerləri əkin sahələrini sığortalamağa, böyük zəhmət hesabına becərdikləri məhsullarını və gəlirlərini qorumağa çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qaradağ Şüşə Zavodu gömrük qaydalarını pozub?

Aİ Rusiya təyyarələrinin uçuşlarına qarşı sanksiyaları sərtləşdirəcək - "Reuters"

“Kino” məhkəməyə verildi

Bu il ən çox satılan smartfonlar açıqlandı (SİYAHI)

Çin rekord sürətlə qızıl almağa davam edir

Dünyada neft bazarında ciddi qıtlıq yaşanır

Hindistan qlobal yarımkeçirici bazarına daxil oldu

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

Xəzinədarlıq Agentliyi 1 milyonluq proqram təminatı alır

"Apple" tarixində ilk: "iPhone 16 Plus" 7 rəngdə olacaq

"Azərbaycan Beynəlxalq Bankı" məhkəmə qarşısında

Yevgeni Priqojinin “Concord” şirkəti əmlakını satır

"Təbriz" MTK məhkəməyə verildi

Məhkəmənin qərarı ilə “Uniper”in Rusiyadakı aktivlərinə həbs qoyula bilər

Lənkəranın yollarını təmir etməyə şirkət tapılmadı

Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)

“Ukrnafta” Rusiyanın “Tatneft” şirkətinin aktivlərini idarə etməyə başlamaq istəyir

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Aİ Rusiya aktivlərindən yığılan gəlirin 90%-ni Kiyevə verməyə razılaşdı

Bu halda cərimə oluna bilərsiniz - Prezident təsdiqlədi

Britaniya sanksiyalardan yan keçib, 2,2 milyardlıq Rusiya nefti alıb

”Ege Hospital”da tibbi sertifikasiyadan keçməyən işçilər çalışır?

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu ®

Bakıda fantastik qiymətə ev kirayə verilir (FOTO)

Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bu il sosial sığorta yığımları 1,8 mlrd. manatı ötüb

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu

Azərbaycanda ən böyük sahibkarlıq subyektləri hansı şəhərdədir? – TOP 5

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin