BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
14155

TRACECA-nın normativ bazasının rəqəmsallaşması və uyğunlaşdırılması Avropa-Qafqaz-Asiya dəhlizinin bütün sahələrində marşrutların cəlbediciliyini dəfələrlə artırır.

Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bunu TRACECA Hökumətlərarası komissiyasının daimi nümayəndəsi (milli katibi) Rüfət Bayramov deyib.

Onun sözlərinə görə, avtomobil daşımaları sahəsində rəqəmsallaşma üzrə işlər aparılır. Bundan başqa, ölçülərinə və çəkilərinə görə avtomobillərin müxtəlif ölkələrdə fərqli göstəriciləri ilə bağlı normativ bazanıbn uyğunlaşdırılması layihələri müzakirə olunur:

"Biz elektron formatda vahid tranzit icazəsi layihəsi üzərində işləyirik. Bu, ölkələrin sərhədlərini bir sənэdlə keçməyə imkan verəcək. Hazırda bu prosesin həyata keçirilməsi üçün bir neçə üzv ölkənin icazəsi tələb olunur ki, bu da yük daşımalarının vaxtının uzanmasına və ləngiməsinə gətirib çıxarır".

Milli katib bildirib ki, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı və Danimarkanın MAERSK şirkəti və digər təşkilatlarla birgə dəmiryol daşımaları sahəsində sənəd müzakirə olunur:

"Bu sənədin əsasında həm dəmiryolu, həm də dəniz limanları tərəfindən tanınan vahid multimodal sənədin hazırlanması nəzərdə tutulur. Bu cür sənədin olmaması limanlarda ləngimələrə səbəb olur. TRACECA-nın Azərbaycan hissəsi bir sıra modal infrastrukturların kəsişməsində yerləşir və rəqəmsal xidmətlərin əlçatanlığı marşrutun cəlbediciliyini artırır".

R.Bayramov bildirib ki, TRACECA sərhəd (gömrük) məntəqələrində elektron növbə sistemi pilot layihəsini işə salmağı planlaşdırır və bununla bağlı dəhlizin üzv ölkələrinə təkliflər irəli sürülüb:

"Biz, xüsusilə pandemiya şəraitində sərhədlərdə avtomobillərin sıxlığını görürük. Bununla əlaqədar sürücülər günlərlə gömrükdə qalaraq çətinliklərlə üzləşir. Elektron sistemin olması yükdaşıyıcılarına əvvəlcədən məlumat almağa və sürücülər üçün növbə tutmağa imkan verəcək. Onun sözlərinə görə, bu layihə sürücülərin iş qabiliyyətinə müsbət təsir göstərəcək".

O əlavə edib ki, Azərbaycan Bakı-Tbilisi-Qars, "Lapis Lazuli" (Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə dəhlizi), "Şimal-Cənub", "Şərq-Qərb" dəhlizləri kimi iri layihələri reallaşdırıb və reallaşdırmaqda davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin