BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
14119

“Azərbaycanın bəzi ərazilərində qeydə alınan səhralaşma proseslərinin səbəbi iqlim dəyişikliyi və insan faktorudur. Son illərdə baş verən quraqlıq, iqlim dəyişiklikləri səhralaşmanı sürətləndirib və ekosistemə ciddi təsir göstərib”. 

Bu barədə Valyuta.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, qlobal istiləşmə, eyni zamanda ekstensiv kənd təsərrüfatı fəaliyyəti, heyvandarlığın köçəri və yarım köçəri üsullarından istifadə, həddindən artıq otarılma, qeyri rasional suvarma, müasir kənd təsərrüfatı texnologiyasının zəif tətbiqi eroziya proseslərinə, təkrar şoranlaşmaya və torpaq deqradasiyasına səbəb olur. 

Aparılan qiymətləndirmələrə görə, ölkəmizdə aşınan torpaqların ümümi sahəsi 3,7 milyon hektardır:

“Bu gün biz cəmiyyətdə bu vacib ekoloji problemin qarşısının alınmasına, su çatışmazlığına məruz qalan ərazilərdə fəaliyyətlərin gücləndirilməsinə diqqəti yönəltməli, ilk növbədə suvarma sistemlərinin qənaətcil əsasda qurulmasına, səhralaşmaya məruz qalan və bu təhlükədə olan ərazilərə suvarma suyunun çatdırılmasına nail olmalıyıq. İşğaldan azad olunmuş ərazilərimizdə uzun illər Ermənistan tərəfindən meşələrin kütləvi qırılması, su tutumu 560 milyon m3 olan Sərsəng su anbarının suyunun qəsdən yay mövsümündə qarşısının kəsilməsi 100 min hektardan artıq əkin sahəsinin suvarılmasında ciddi problemlər yaradıb ki, bu da Aşağı Qarabağ bölgəsində torpaqların eroziyasına və səhralaşmaya səbəb olub”. 

Qeyd olunur ki, bu ərazilərə nəzarət imkanının olmaması beynəlxalq konvensiyalar üzrə götürülən öhdəliklərin yerinə yetirilməsində çətinliklər yaradıb: 

“Amma Qarabağın işğaldan azad edilməsi hazırda bu ərazilərin monitorinqinə və ekosistemin bərpasına başlamağa imkan yaradıb. Bon Çağırışı üzrə 2030-cu ilədək 170 min hektar deqradasiyaya məruz qalmış torpaqların bərpası təşəbbüsünə aid tədbirlər işğaldan azad olunmuş ərazilərimizdə də davam etdirilir.

Azərbaycan BMT-nin “Səhralaşmaya qarşı mübarizə” haqqında Konvensiyasına tərəf olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsində fəal iştirak edir, yeni meşə və yaşıllıqlar salınır, deqradasiyaya uğramış torpaqların neytral balansının saxlanılması istiqamətində tədbirlər həyata keçirilir”. 

Sonda vurğulanır ki, Prezident İlham Əliyevin Sərəncamı ilə müəyyənləşdirilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq 2030-cu ilədək olan dövrdə də ölkədə yaşıllıqların payı artırılacaq, yararsız torpaq sahələri bərpa olunacaq, deqradasiya və səhralaşmaya qarşı mübarizə aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin