BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
14090

Yeni Klinikada çalışan 50-yə yaxın kiçik tibb işçisi 3 aya yaxındır ki, maaşlarını ala bilmədiyini deyir.

Valyuta.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya kiçik tibb işçisi Asim Rüstəmov müraciət edib. 

O bildirib ki, bu barədə mühasibatlığa dəfələrlə müraciət etsələr də, onlara konkret cavab verən olmayıb: 

“Deyirlər ki, tabelləri İcbari Sığorta üzrə Dövlət Agentliyinə göndəriblər. Agentlik də dəqiq cavab vermir. Halbuki maraqlanmışıq ki, modul tipli xəstəxanalarda tibb işçilərinin maaşı ödənilib. İşə bir neçə dəqiqə gecikəndə, yaxud işdən 5 dəqiqə tez çıxanda çağırıb izahat ala bilirlər. Amma məsələ maaşa qalanda problem həll edilmir. Biz ailələrimizi bu maaşla dolandırırıq. Dövlət tərəfindən verilən 270 manat rəsmi maaşımızı alsaq da, koronavirusa görə ayrılmış 1200 manat maaşımızı vermirlər. Bizimlə eyni vəziyyətdə olub maaş almayan həkimlər də var”.

Qeyd edək ki, məsələylə bağlı İcbari Tibbi Sığorta Agentliyinə sorğu göndərilib. Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir:

“Nəzərinizə çatdırırıq ki, Yeni Klinika üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 374 nəfərə mart ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 679 min 863 manat 36 qəpik (vergi tutulmaları daxil olmaqla), aprel ayı üzrə 403 nəfərə 765 min 711 manat 62 qəpik (vergi tutulmaları daxil olmaqla) müddətli əlavə ödənilib.

Hər hansısa şəxs barədə işə cəlb olunmasına və bunun müqabilində müddətli əlavənin verilməməsi ilə bağlı məlumat varsa, məsələnin araşdırılması üçün müvafiq tibb müəssisəsinin maliyyə və ya mühasibatlıq şöbələrinə müraciət edilməsi tövsiyə olunur”.

Məlumatda qeyd edilir ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısı, həmçinin əməkhaqlarına müddətli əlavənin hesablanması tibb müəssisələri tərəfindən aparılır: 

“Müddətli əlavələr tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) göndərilən iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən 3 iş günü ərzində ödənilir”. 

Qeyd edək ki, Yeni Klinika tərəfindən may ayı üzrə siyahı Agentliyə göndərildikdən sonra sözügedən ay üzrə də ödənişlər həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Kino” məhkəməyə verildi

Bu il ən çox satılan smartfonlar açıqlandı (SİYAHI)

Çin rekord sürətlə qızıl almağa davam edir

Dünyada neft bazarında ciddi qıtlıq yaşanır

Hindistan qlobal yarımkeçirici bazarına daxil oldu

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

Xəzinədarlıq Agentliyi 1 milyonluq proqram təminatı alır

"Apple" tarixində ilk: "iPhone 16 Plus" 7 rəngdə olacaq

"Azərbaycan Beynəlxalq Bankı" məhkəmə qarşısında

Yevgeni Priqojinin “Concord” şirkəti əmlakını satır

"Təbriz" MTK məhkəməyə verildi

Məhkəmənin qərarı ilə “Uniper”in Rusiyadakı aktivlərinə həbs qoyula bilər

Lənkəranın yollarını təmir etməyə şirkət tapılmadı

Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)

“Ukrnafta” Rusiyanın “Tatneft” şirkətinin aktivlərini idarə etməyə başlamaq istəyir

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Aİ Rusiya aktivlərindən yığılan gəlirin 90%-ni Kiyevə verməyə razılaşdı

Bu halda cərimə oluna bilərsiniz - Prezident təsdiqlədi

Britaniya sanksiyalardan yan keçib, 2,2 milyardlıq Rusiya nefti alıb

”Ege Hospital”da tibbi sertifikasiyadan keçməyən işçilər çalışır?

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu ®

Bakıda fantastik qiymətə ev kirayə verilir (FOTO)

Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bu il sosial sığorta yığımları 1,8 mlrd. manatı ötüb

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu

Azərbaycanda ən böyük sahibkarlıq subyektləri hansı şəhərdədir? – TOP 5

Suqovuşandakı 5 mərtəbəli yaşayış binalarının tikintisi başa çatır

“Caspian Agro 2024” sərgisi çərçivəsində "GreenAgroHack" hakaton yarışması keçiriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin