BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
14078

Novxanı-Sumqayıt yolunda "Qurtuluş 93" yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni Elşad Kərbalayevin ”Range-Rover" markalı maşınla ağır qəza törətməsi nəticəsində dörd nəfər vəfat edib. 

Valyuta.az-ın xəbərinə görə, "Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat”a deyib ki, Azərbaycan Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş avtomobil qəzaları ilə bağlı cinayət əməli ehtiyatsızlıq üzündən törədilən cinayətlər kateqoriyasına aiddir: 

"Yəni bu qəzalarda baş verə biləcək nəticəni sürücü arzu etmir. Lakin belə nəticənin baş verə biləcəyini görməli olduğu halda görmür. Ehtiyatsızlıq üzündən törədilən cinayət əməllərinin istintaqı zamanı zərərçəkmişin mövqeyi və ona vurulmuş ziyanın ödənilib-ödənilməməyi həm hüquqi, həm mənəvi dəyərlər baxımından mühüm əhəmiyyət kəsb edir”.

Hüquqşünas bildirir ki, əgər sürücü qəza zamanı sərxoş olubsa, qəza zamanı ölənlərin sayı 1-dən artıqdırsa və sürücü hadisə yerindən qaçıbsa, bu halda sürücünü ağır cəza gözləyir:

"Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümü ilə nəticələnən yol qəzası törətmə adlanır. Bu halda sürücünü 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Cinayət Məcəlləsinin 264-cü maddəsi yol-nəqliyyat hadisəsi yerindən qaçmanı nəzərdə tutur. Bu halda sürücü 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Sürücü sərxoş halda qəza törədərək 2 və ya daha artıq şəxsin ölümünə səbəb olarsa, bu halda həmin şəxsi  5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir".

Natiq Ələsgərov qeyd edib ki, həmin sürücü 5 il müddətinə sürücülük hüququndan məhrum edilir. Yol qəzalarında avtotexniki ekspertiza təyin olunur: 

"Yol-nəqliyyat hadisəsi ilə bağlı ekspertiza təyin ediləndən sonra ölümlə yol-nəqliyyat hadisəsi arasında səbəblə əlaqənin olması müəyyənləşdirilir. Əgər bu, müəyyən olunursa, xəsarətlər varsa, ölən şəxslər həqiqətən toqquşma nəticəsində ölübsə, bu halda 263-cü maddənin tərkib hissəsi yaranır. Hadisə yerindən qaçma Cinayət Məcəlləsinin 264-cü maddəsidir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələnədək şəxsə kömək etmək halı xaric, istənilən halda hadisə yerindən qaçmaq Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cəzalandırılır. Bu maddə ilə şəxs 2 ilədək azadlıqdan məhrum edilə bilər. Bu məqam həm də qəza törətmiş şəxsin məhkəməyə qədərki dövrdə azadlıqda qalması, barəsində seçiləcək qətimkan tədbirini müəyyən edir. Əgər şəxs hadisə yerindən qaçıbsa, əməli qəsdən törədilən cinayətlər sırasına daxil olur. Bu məqam sonradan şəxsə cəza təyin olunarkən xüsusilə nəzərə alınır və praktika belədir ki, şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olan cəza verilməsində mühüm rol oynayır".

Hüquqşünas deyir ki, baş vermiş qəza ilə bağlı xəbərlər ortada 2 ağırlaşdırıcı halın olmasından xəbər verir:

"Xəbərlərdə deyilir ki, sürücü qəza zamanı sərxoş olub və hadisə yerindən qaçıb. Bu, doğrudursa, praktikaya görə ona qanunun ən sərt tərəfi tətbiq olunacaq. Lakin şəxsin əməllini könüllü etiraf etməsi, himayəsində azyaşlı uşaqların olması yüngülləşdirici hal kimi götürülə bilər”. 

Xatırrladaaq ki, Elnur Kərbalayevin idarə etdiyi "Range-Rover” markalı avtomobil Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi "Daewoo Damas” markalı avtomobilə çırpılıb. Nəticədə "Daewoo Damas”ın sürücüsü və sərnişinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin