BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
13928

“Təəssüflə qeyd etməliyik ki, turizm dünya iqtisadiyyatının pandemiyadan ən çox zərər çəkən sahəsi oldu. Sərhədlər tamamilə bağlandı, aviauçuşlar, ölkələrarası gediş-gəliş dayandırıldı və bütün bunlar turizm sənayesinin fəaliyyətinə ciddi təsir göstərdi”.

Valyuta.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Azvision.az-a müsahibəsində səsləndirib. 

Dövlət Turizm Agentliyi olaraq hazırda turizm fəaliyyətlərini bərpa etmək üçün 3 istiqamətdə çalışdıqlarını diqqətə çatdıran Aparat rəhbəri, təhlükəsiz beynəlxalq səfərlərin bərpa olunması məsələsinə də toxunub.

Bu mənada əsas istiqamətlərdən birinin təhlükəsiz beynəlxalq səfərlərin bərpa olunmasına nail olmaq olduğunu deyən K. Qasımov bildrib ki, artıq Rusiya və Türkiyə vətəndaşlarına münasibətdə COVID pasportu və 72 saat neqativ PCR test nəticəsi əsasında turist səfərlərinə icazə verilir: 

“Sözügedən ölkələrin vətəndaşları qeyd etdiyim sənədləri təqdim etdikləri halda karantin təcridinə məruz qalmırlar. Göründüyü kimi artıq mexanizm yaradılıb. Sözügedən mexanizm əsasında vaksinasiya prosesinin yüksək səviyyədə olduğu ölkələrlə sərhədlərin ikitərəfli əsaslarla açılması müzakirə edilir. Bu məsələdə əsas yanaşma hazırda ölkədə nəzarətdə olan epidemioloji stabil vəziyyətə təhlükə yaranmamasına nail olmaqdır. İkinci istiqamət həm xarici, həm daxili turizmi canlandırmaq üçün marketinq və məlumatlandırma kampaniyasının davam etdirilməsidir”.

Post pandemiya dövründə beynəlxalq turizmdə rəqabət artacağını deyən DTA-nin rəsmisinin sözlərinə görə, həm pandemiya, həm də postpandemiya dövrü üçün turistlərin diqqət yetirəcəyi amil gigiyena və sanitariya məsələsi olacaq: 

“Bu istiqamət üzrə əsas məqsədimiz ölkə daxilində təhlükəsizliyə nail olmaqla yanaşı, beynəlxalq aləmdə Azərbaycanı təhlükəsiz turizm məkanı kimi tanıtmaq və rəqabətliliyini artırmaqdır. Turizm ölkəsi kimi rəqabət qabiliyyətliliyimizi artırmaq üçün yeni şərtlərin doğurduğu şəraitə uyğun davranmalıyıq. Pandemiya dövründə xarici hədəf bazarlarda marketinq və təbliğat kampaniyaları onlayn platformalar üzərindən daimi olaraq davam etdirilib. Səfərlərin bərpası ilə ənənəvi təbliğat və marketinq tədbirlərində iştirak etmək, eyni zamanda bu kimi tədbirləri Azərbaycanda təşkil etmək planlaşdırılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

"Atlant" İstirahət Mərkəzi müsadirə oluna bilər - Həbs qoyuldu

Çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin uzadılması şərti açıqlanıb

Bu hallarda aliment əmlaka yönləndirilə bilər

“Kapital Bank”ın Müşahidə Şurasına təyinat olub

Təyyarələrdə sərnişin məlumatları qaydaları təsdiqləndi

Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA

Mərkəzi Bank növbəti dəfə “Epul”da pozuntular aşkarladı

Azərbaycanda dövlətdən ev alanlar - Ən çox bu rayonlardadır

Azərbaycanda bu universitet cərimələndi

Azərbaycanda bu universitet cərimələndi

Mingəçevir Baytarlıq Xidmətinə yeni rəis təyin olundu

Azərbaycanda insanların "WhatsApp" yazışmalarını ələ keçirərək satan şəxs həbs edildi

987 manatlıq qan alınıb - Bu ölkələrdən

Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib

"OpenAI" şirkətin inkişafını ləngitdiyinə görə İlon Maskı məhkəməyə verir

Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir

Elçin Ələkbərli departament rəhbəri təyin edildi

"Bakı Mühəndislik Universiteti"nin nəzdində yeni institut yaradıldı

"Bakı Mühəndislik Universiteti"nin nəzdində yeni institut yaradıldı

Köçkünləri geri qayıtmağa təşviq etmək üçün 1.8 milyon manat ayrıldı

Həyat sığortasına maraq artır - İlk 2 ayda 110 milyon manat yığılıb

Aprel ayının pensiyaları ödənildi

Baş həkim klinikasına lift qoymağa icazə üçün 95 min verdi - Mənimsənildi

Könül Mehdiyeva UEFA-dan təyinat alıb

Bu ölkədən saqqızın kilosunu 50 manata alırıq

AMB kiberdələduzluqla bağlı nəzarətin gücləndirilməsi üçün banklara göstəriş verib

Sabah hava yağmursuz olacaq

Azərbaycanda inflyasiya 6 faizə çatır

Azərbaycanda inflyasiya 6 faizə çatır

2025-ci ilin ən yaxşı hava limanları açıqlandı - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin