BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
13711

ABŞ-ın “Tesla” şirkəti özünün yeni “Model S Plaid” elektromobilini təqdim edib.

Valyuta.az Report.az-a istinadən xəbər verir ki, “Tesla”nın rəhbəri İlon Maskın apardığı təqdimat şirkətin saytında canlı yayımlanıb.

İş adamı bildirib ki, tənqidçilər “Model S” avtomobilinin yenilənmiş versiyasının son dərəcə sürətli olacağına diqqəti yönəldirdilər və bu cür avtomobillərin buraxılmasına ehtiyac olmadığını qeyd edirdilər. 

Maskın sözlərinə görə, “Model S Plaid” avtomobilinin işlənib hazırlanması “dayanıqlı energetikanın gələcəyi baxımından son dərəcə əhəmiyyətlidir.

“Biz, elektromobillərin şəksiz ən yaxşı avtomobillər olduğunu göstərməli idik”, - biznesmen deyib.

“Tesla” şirkətindən bildirirlər ki, “Model S Plaid” bu istehsal seriyasının ən sürətli avtomobilidir. Mask hesab edir ki, “Model S Plaid” istənilən idman avtomobilindən daha sürətlidir. O, istənilən “Porsche”dən daha sürətli, istənilən “Volvo”dan daha təhlükəsizdir. 

Onun sözlərinə görə, “Model S Plaid” 2 saniyədən daha az müddətə 96,5 km/saat sürət yığa bilir. Avtomobilin maksimal sürəti isə 320 km/saatdır. Maşın şarjsız 620 km-dən çox məsafə qət edə bilər. “Model S Plaid” avtomobilinin qiyməti təxminən 130 min ABŞ dollarıdır.

Mask qeyd edib ki, artıq 25 “Model S Plaid” avtomobili sifarişçilərinə təqdim edilir. Yaxın həftə ərzində daha yüzlərlə maşın sifarişçilərinə çatdırılacaq.

Xatırladaq ki, “Tesla” şirkətinin əsası 2003-cü ildə İlon Mask tərəfindən qoyulub. Şirkətin mənzil-qərargahı Kaliforniya ştatının Palo-Alto şəhərindədir. Şirkət ilk vaxtlarda yalnız elektromobil istehsalı üzrə ixtisaslaşsa da, sonradan günəş batareyalarının və digər enerji toplayıcı sistemlərin istesalı ilə də məşğul olmağa başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs

İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti ilə görüşüb

Azərbaycanda ən çox gəliri olan partiyalar - SİYAHI

Bakıda alça bu qiymətə satılır - FOTO

Yanacaqdoldurma obyektləri ilə bağlı yenilik

Taksi sürücülərinin iş qrafiki necə olmalıdır? - AÇIQLAMA

Bakı Ağır Cinayətlər Məhkəməsi mərkəzdən köçürülür - Tikinti başladı

100 manatlıq bu cərimə 10 minədək qaldırılır

Vyetnam ABŞ-yə Çin mallarına nəzarətin gücləndirəcəyini vəd etdi

Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

MİDA: Güzəştli mənzilləri daha çox hərbçilər, müəllimlər və polislər alıb

Azərbaycanda orta aylıq əməkhaqqı 1 043 manata yüksəlib

Əsas kapitala 3,4 milyard manat investisiya yönəldilib

Bəzi şəxsləri 7 min manatlıq cərimə gözləyir

Borcluların ölkədən getmək hüququ yeni qaydada məhdudlaşdırılacaq, SMS göndəriləcək

15.8 milyard manatlıq istehsal - Sektor böyüyür

Trendyol Azərbaycan bazarına necə inteqrasiya edir?

Azərbaycan iqtisadiyyatı böyüyüb

Naxçıvan Ali Məhkəməsinə hakim təyin edildi

Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə görüşü keçirilir

Sabahın havası açıqlandı

Sahibkarlar bu məsuliyyətdən azad edilir

100 milyon manata yaxın pul vəsaitini ölkəyə qaytarmayan şəxslər həbs olundular

Çindən cavab: ABŞ-a 125 faiz gömrük rüsumu tətbiq olundu

Apellyasiya məhkəmələrinin hakimləri yeniləndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin