BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.9425
  • RUB
    2.1533
  • TRY
    0.0434
  • GBP
    2.2992
13657

“Çimərliyi işlədən şəxslər hər il  mövsüm başlamamışdan qabaq suyun dibinin yoxlanılması, təmizlənməsini təşkil etməli və digər təhlükə risklərinin olmamasına əmin olmalıdır”.
 
Bunu Sfera.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bu gündən etibarən fəaliyyətinə icazə verilən çimərliklərdən danışarkən deyib. 

Müsahibimiz bildirib ki,  çimərliklərdə təhlükəsizlik tədbirləri öncədən görülməli, qadağanedici nişanlar, məlumatlandırma lövhələri, xilasedicilər, nəzarət məntəqəsi, tibbi yardım və nəzarətçilər olmalıdır:

“İnsanlar çimərliyə gedərkən birinci növbədə hava şəraitini nəzərə almalıdırlar. Demək olar ki, boğulma hadisələrinin çoxu havanın küləkli olduğu vaxta təsadüf edir. Daha sonra çimərlik seçimində diqqətli olmalıdırlar. Natəmiz və nəzarətsiz olan çimərliklərə getməmək lazımdır. Adətən insanlar eyni çimərliyə üz tuturlar. Getdikləri yerdə suyun hansı səviyyədən dərinləşdiyini, dibində daş kəsəyin olub-olmamasını bilirlər. Ancaq nəzərə almaq lazımdır ki, hava küləklidirsə, dənizdə dalğa olarsa, dünənlə bu gün arasında fərq olacaq.  Yəni suyun dibi fiziki olaraq dəyişə bilər. Yarğanlar , su axınları əmələ gələr bilər. Bu da həmin insanlar üçün gözlənilməzdir və xoşagəlməz hadisə ilə nəticələnməsi mümkündür. Ona görə küləkli havadan sonra çimərliyə gedənlər dünənki hava şəraitini nəzərə almalıdırlar”.

Ekspert günvurma və boğulma təhlükəsindən qorunmaq üçün də əsas məqamlara diqqət çəkib:

"Çimərlik varsa, orda lazım olan bütün təhlükəsizlik tədbirləri görülüb daha sonra insanların ixtiyarına buraxılmalıdır. Çimərliyə kiçik həcmli gəmi, matorlu qayıq və s. kimi vasitələr gətirmək yolverilməzdir. Xəbərdaredici nişanların tələbini pozmaq qadağandır. Suda kobud hərəkətlər etmək, oyunlar təşkil etmək, qayaların və digər konstruksiyaların üstünə çıxaraq suya tullanmaq, sahili zibilləmək olmaz. Digər insanların istirahətinə mane olacaq hərəkətlərə yol verməmək lazımdır”.

Ekspertin fikrincə, çimərliyə günün qızmar vaxtında - 12:00-16-00  saatlarında və günün qaranlıq vaxtı dənizə girmək məsləhət deyil: 

“Həmçinin əlverişsiz havada, yəni, dumanlı, yağışlı, küləkli havada dənizə girmək çox təhlükəli ola bilər. Xilasetmə xidmətinin xilasediciləri olmayan yerlərdə çimmək üçün icazə verilən yerdən uzağa getməmək üçün qadağanedici nişanlar yoxdur, sahili natəmizdir və daş , çınqıl kəsəkləri, şüşə qırıqları ilə doludur, bu səbəbdən ora getməmək lazımdır. Çimərlikdə alkoqol içkilər qəbul etmək yanlışdır və bu birbaşa insan həyatı üçün təhlükəlidir. Həm spirtli içki qəbul edən şəxsi günvurma halları daha tez olur, həm də suda boğulma riski artır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Intel" yeni tərəfdaşlıqla yaddaş bazarına qayıdır

Səhiyyə Nazirliyinin bu qurumunun 100 minlik borcu var

Bu universitetdə yarım milyonluq laboratoriya qurulacaq

Psixoloji qiymət siyasəti nədir?

Bir km-dən millimetrlik yazıları oxuya bilən lazer sistemi hazırlandı

Azərbaycana bu təşkilatın yarım milyondan çox borcu var

Azərbaycana bu təşkilatın yarım milyondan çox borcu var

14 min tələbənin universitetdən uzaqlaşdırılması: "Bu, acınacaqlı və narahatedici haldır"

ANAMA bu sahibkardan 390 min manatlıq təkər alır

Türk iş adamının rəhbəri olduğu şirkətin külli miqdarda vergi borcu üzə çıxdı

"Nvidia" "Microsoft"u taxtdan saldı: Yenidən dünyanın ən dəyərli şirkəti oldu

Toplanan 2,7 milyon manatlıq sığorta üzrə ödəniş edilməyib

Yüz milyonlarla smartfon sındırılma riski ilə üzləşdi

Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

"Ford" 555 mindən çox avtomobilini geri çağırır

Hakim təyin olunanlardan 6-sı prokurorluq əməkdaşı imiş

Gəncədə işə düzəltmə və təqaüd dələduzluğu

Bir ekosistemi Money 20/20 Europe tədbirində: PashaPay və Mastercard strateji əməkdaşlığa başlayır®

"AZFEN"-in rəhbəri vəzifəsindən azad edilib

Pensiyalar vaxtından əvvəl veriləcək

Bu startap kiberhücuma məruz qaldı - Müştəri məlumatları və serverlər silindi

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

Əmək Məcəlləsinə dəyişiklik: Məzuniyyət qaydaları dəyişə bilər

Sabahdan 1-ci siniflərə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir

Xərçəng dərmanı üçün nəhəng ortaqlıq: 11,1 milyardlıq müqavilə imzalandı

Müəllimlərin əmək məzuniyyəti necə hesablanır? - QAYDALAR

“İçərişəhər”ə direktor təyin edildi - FOTO

Ağdamda 9 milyonluq binalar tikiləcək

Eldəniz Əmirov: "Koordinasiya zəifliyi var, sahibkar bir neçə quruma müraciət etməli olur"

Apteklərdə nöqsanlar aşkarlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin