BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
13305

“Ümid edirəm ki, qoyuluş gücü 240 MVt olan günəş enerjisi layihəsi üzrə bp ilə fəal işbirliyimiz Qarabağa  xarici sərmayənin gətirilməsini təmin edəcək”.

Energetika Nazirliyindən Valyuta.az-a verilən xəbərə görə, bu fikri nazir Pərviz Şahbazov bu gün Zəngilan-Cəbrayı bölgəsində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsinin imzalanması mərasimində səsləndirib.

“Karbohidrogen sektorunda uzunillik strateji tərəfdaşımız bp ilə bu gün imzaladığımız bu sənəd yaşıl enerji və karbonsuzlaşdırma üzrə əməkdaşlığımızda yeni bir səhifə açacaq”, - deyə P.Şahbazov vurğulayıb. 

“Azərbaycan hökuməti ilə bu sazişi imzalamaqla biz öz müvafiq enerji keçidi hədəflərimizi dəstəkləyən bir imkana doğru birgə işimizdə irəli addım atmış oluruq”.  

Bu fikri isə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz səsləndirib. 

Onun sözlərinə görə, növbəti onillik ərzində bp dünya üzrə bərpa olunan enerji işlənməsinə qoyduğu sərmayəni əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir və artıq uzunmüddətli və uğurlu tərəfdaşlıq qurduğu yerlərdə bu yönümdə yaranan  imkanları araşdırır:   

“Azərbaycanda bizim otuz ilə yaxın enerji layihələrini təhlükəsiz və etibarlı şəkildə həyata keçirmək təcrübəmiz var. Düşünürük ki, günəş enerjisi layihəsi imkanı üzrə başladığımız birgə iş yeni bir tərəfdaşlıq sahəsinə yol aça bilər və bu yeni tərəfdaşlıq çərçivəsində bp Azərbaycanda enerji keçidinə mühüm töhfələr verə bilər”.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin