BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
13278

44 günlük Vətən Müharibəsi zamanı işğalçı Ermənistanın dinc yaşayış məntəqələrimizi artilleriya atəşinə tutması nəticəsində dağılan evlərin tikintisi başa çatmaq üzrədir. Ağdamın bir neçə kəndində vətəndaşlara məxsus evlərin tikintisi və ya təmir-bərpası artıq yekunlaşır.

Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, müharibədən sonra rayon ərazisində xeyli sayda dağılmış yaşayış evi təmir edilib, vətəndaşlara dəymiş ziyan dövlət tətəfindən tam ödədnilib. Düşmən mərmisinin tamamilə yerlə yeksan etdiyi onlarla ev isə yenidən tikilib və bu günlərdə təhvil veriləcək.

Ağdamın Çəmənli kəndində vətəndaşlar dövlətin göstərdiyi bu yüksək diqqət və qayğıya görə xüsusi məmnunluqlarını ifadə ediblər. Kənd sakinləri bildiriblər ki, istər müharibə dövründə, istərsə də sonrakı aylarda daim dövlətin dəstəyini hiss ediblər.

Zərərçəkmiş Muxtar Şahbazov xüsusilə qeyd edib ki, yeni tikilən evlər əvvəlkindən qat-qat üstün və müasirdir: 

“Əvvəl evimiz köhnə, şəraiti zəif idi. Amma indi tikilən evdə hər bir şərait nəzərə alınıb. Ev genişdir, otaq sayı çoxdur. Sanitar qovşaq evin içindədir. Ölkə rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Dövlətimiz bizi tək qoymadı, çətin günlərdə bizə sahib çıxdı, evlərimizi tikib verdi”.

Çəmənli kənd sakini Filyaz Bəbirova da dövlətin qayğısından tam razılığını ifadə edib: 

“Müharibənin ilk günlərində ermənilər kəndimizi bombaladılar. Evim tamamilə dağıldı. İlk andan dövlətin dəstəyini gördük. Dağılmış evimizi də sıfırdan tikiblər, bu günlərdə köçəcəm. Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya sonsuz təşəkkürümüzü bildiririk. Onlar həmişə olduğu kimi yenə sübut etdilər ki, xalqın yanındadırlar”.

Geniş videoreportajı təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin