BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.148
  • TRY
    0.0434
  • GBP
    2.2971
13271

“Beynəlxalq yanacaq bazarındakı qiymət dəyişikliyindən asıllığı aradan qaldırmaq üçün Azərbaycanda yeni zavodların inşası nəzərdə tutulub”.

Valyuta.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin üzvü, millət vəkili Naqif Həmzəyev bildirib.

“Məndə olan məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernizasiya nəticəsindəgələn ildən “Aİ-95” və “Premium” markalı benzinlərin istehsalı mümkün olacaq. Bu da bizi beynəlxalq yanacaq bazarındakı asıllılıqdan azad edəcək və dövlət bu marka benzinlərin də tənzimlənməsini həyata keçirə biləcək”, - deyə deputat diqqətə çatdırıb.

N. Həmzəyev deyir ki, ümumilikdə nəzərə almalıyıq ki, hazırda qonşu ölkələrlə müqayisədə Azərbaycanda yenə də bu marka benzinlərin qiyməti aşağıdır: 

“Ancaq istənilən halda, biz bu asıllığı tamamilə aradan qaldırmaq və qiyməti stabil saxlaya bilmək üçün məhz bu marka benzinləri istehsal edəcək zavodların tikilməsini həyata keçirməliyik. Bilirsiniz ki, əslində “Aİ-95” və “Premium” markalı benzinləri daha çox bahalı avtomobillərin sürücüləri istifadə edirlər. İstər-istəməz, bu, yüklərin daşınmasında və kənd təsərrüfatı məhsullarının artımına elə də böyük təsir etməməlidir. Bu baxımdan da biz çalışmalıyıq, xüsusilə də aidiyyatı qurumlar çalışmalıdırlar ki, bunu bəhanə gətirərək süni qiymət artımına imkan verilməsin. Çalışmalıyıq ki, bu məsələdə hər birimiz fəallıq göstərək”.

Deputat düşünür ki, qətiyyən imkan vermək olmaz ki, süni qiymət artımı baş tutsun: 

“Çünki, bu kateqoriya və bu markalı benzinlər daha çox bahalı xarici avtomobillərdə istifadə edilir, yük daşımalarında isə “Aİ-92” markalı və dizel yanacağından istifadə olunmaqdadır: “Təəssüflə qeyd etmək lazımdır ki, “Aİ-95” və “Premium” markalı benzinlərin hazırda Azərbaycanda istehsalı mümkün olmadığı və xaricdən alındığı üçün, bu yanacaqların qiymətinin artımı da beynəlxalq yanacaq bazarındakı qiymət dəyişiklikləri ilə əlaqədardır. Azərbaycanda yeni zavodunun tikilməsi və ya mövcud zavodda modernləşdirmə işləri yekunlaşdıqdan sonra bu marka benzinlərin də istehsalı mümkün olacaq ki, bu da dövlət tərəfindən qiymətin tənzimlənməsinə şərait yaradacaq”.

Xatırladaq ki, iyunun 1-dən Azərbaycanda benzinin qiyməti bahalaşıb və “Aİ-95” markalı benzinin qiyməti 1,40 manat olub.

Qeyd edək ki, qiymət artımına qədər bu markalı yanacağın qiyməti 1,25 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ixtisaslara qəbul olmaq asandır (SİYAHI)

"Tesla"nın məhkəmədən qəribə istəyi

Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi

Azərbaycanda 7 bal gücündə zəlzələ ehtimalı var? (AÇIQLAMA)

Sabah yağış yağacaq

300 bal toplayan 9-cular (FOTO)

Ərəb Əmirlikləri Azərbaycana 9 manatdan elektron siqaret mayesi satıb

Əməkdar artist vəfat etdi

Azərbaycan nefti bahalaşıb

Süni zəka dedilər, insan çıxdı: Bir zamanların AI ulduzu iflasın astanasında

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

"Bitcoin" 102 min dollara qədər düşdü

14 yaşında qurduğu vebsaytla milyonçuya çevrildi - SƏHƏR OXUSU

Biznesinizi qloballaşdırmalısınız, yoxsa yerli bazarda qalmalısınız? - Ekspertlərin fikirləri

Məşhur akademikdən xəbərdarlıq: "Biz odla oynayırıq"

Bu qurum 792 min manatlıq xidməti avtomobil alacaq

Abramoviçin "Çelsi"nin satışından əldə etdiyi 2,35 milyardın aqibəti necə olacaq?

"Arkoz Qazax Sement Zavodu" MMC cərimələndi

"WhatsApp" istifadəçilərə öz süni intellekt köməkçilərini yaratmaq imkanı verəcək

Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

1,1 milyon manat vergi borcu olan şirkət kimindir?

Orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər®

"Gəncə Memorial Hospital"da yoxlama: 6000 manat cərimə yazıldı

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

Dövlət büdcəsinin gəlirləri açıqlandı

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin