Energetika
03.06.2021 / 13:47
İran nefti bu yay bazara qayıda bilər - Aleksandr Novak
13266
Bu ilin yayında İran neftinin bazara qayıtması mümkündür, lakin bu, bir çox amillərdən asılı olacaq.
Valyuta.az-n "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.
"Əlbəttə, hər hansı bir həcm ola bilər. Müqavilə həqiqətən imzalanırsa, yəni ABŞ-ın əvvəlki anlaşmaya qayıdacağı baş verərsə, təbii ki, İranın embarqonu ləğv etmək, hasilatı artırmaq və ixrac etmək imkanı olacaq", - deyə Novak qeyd edib.
O həmçinin bildirib ki, bu, birbaşa olaraq İranın özündən, onun texniki imkanlarından və hazırlığından asılı olacaq:
"Bunun bazara necə təsir edəcəyini əlavə olaraq qiymətləndirməliyik".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay