
03.06.2021 / 13:00
Perm-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlanılıb
13263
Rusiyanın "Ural Airlines" aviaşirkəti Perm-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlayıb.
Valyuta.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, bu gün yerli vaxtla saat 7:30-da Perm-Bakı aviareysi üzrə ilk uçuş yerinə yetirilib.
"Əks istiqamət üzrə uçuş saat 11:35-də həyata keçiriləcək. Uçuşlar hər həftənin IV günləri "Airbus" təyyarələri ilə yerinə yetiriləcək", - hava limanından bildirilib.
Qeyd edək ki, hazırda Bakıdan Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Krasnoyarsk, Omsk, Norilsk, Ufa, Mineralnıye Vodı və Həştərxan şəhərlərinə uçuşlar yerinə yetirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay